İsveçdə Azərbaycan mədəniyyətini təbliğ edəcək təşkilatı fəaliyyətə başlayıb
Tarix: 05.05.2020 | Saat: 09:26:00 | E-mail | Çapa göndər



İsveçdə Azərbaycan milli geyim və folklor təşkilatı fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, İsveç krallığının Onge əyalətində yaşayan Azərbaycanlı rəssam Kəmalə Kərimova Yansson bu ölkədə Azərbaycan - İsveç milli geyim və folklor təşkilatı yaradıb.
Kəmalə Kərimova Yanssonun sözlərinə görə, təşkilatın əsas məqsədi Azərbaycanın və İsveçin milli irsinin, zəngin mədəniyyətinin, adət ənənəsinin, dastan və nağıllarının, milli musiqi-rəqs, mətbəx və el oyunları, habelə geyim və alətlərinin, məişət - el sənətkarlığının müxtəlif sahələrinin öyrənilməsi, yaşadılması və insanlara düzgün şəkildə təqdim edilməsindən ibarətdir. Bildirib ki, yeni təşkilatın formatı adı çəkilən ölkələrin və türkdilli millətlərin mədəniyyətini diqqətdə saxlanılması ilə yanaşı, digər xalqların da etnik-milli mədəni və folkloru ilə əlaqədar müxtəlif layihələr həyata keçirməyi nəzərdə tutur.
“Çox maraqlı və vacib fikirlərim var. Gələcək layihələrdə insanlar yaşından, milli-dini mənsubiyyətindən, çalışdığı vəzifəsindən asılı olmayaraq özünü, milli kimliyini, mədəniyyətini, ideya-arzularını sərbəst yaradıcılıq vasitəsilə ifadə edə biləcəklər. Bu təşkilatın bir mədəni birlik rəmzini daşıyan ocaq olması üçün çalışıram”,- deyə Kəmalə Kərimova Yansson bildirib.
O, digər təşkilatlarla da birgə olaraq Azərbaycan adına, uğuruna, nüfuzuna layiqli fəaliyyət aparılmasının mümkünlüyünü qeyd edərək deyib: “İnanıram ki, vətənimizi, millətimizi, dövlətimizi uğurlarımız ilə sevindirəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
27.05.2020
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
27.05.2020
Rok-n-roll və caz janrındakı kompozisiyaları ifa edib hamını şoka saldı
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
2 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
3 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
4 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
5 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info