İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən onlayn xidmət
Tarix: 05.05.2020 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


“İsmayıllı Regional Mədəniyyət İdarəsi pandemiya dövründə də fəaliyyətini davam etdirir.” Bunu İsmayıllı Regional Mədəniyyət İdarəsi rəisi Elnur Hüseynov deyib.
Elnur Hüseynov bildirib ki, ölkəmizdə koronavirus pandemiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi günlərində tabe rayonların mədəniyyət müəssisələri tərəfindən vətəndaşlara onlayn mədəni xidmətlər göstərib: “Musiqi məktəblərində onlayn dərslər, konsertlər keçirilib. Tabe rayonlarda yerləşən muzeylər, kitabxanalar, mədəniyyət mərkəzləri tərəfindən mədəni sərvətlətimizi təbliğ edən videoçarxlar hazırlanıb. Eləcə də aztəminatlı və 65 yaşdan yuxarı tənha, ahıl insanlara idarə tərəfindən yardımlar edilib.” Elnur Hüseynov, həmçinin diqqətə çatdırıb ki, bu müddət ərzində bir neçə müsabiqələrə də start verilib: “Məsələn, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Facebook” üzərindən elan etdiyi “Evdə qal, evdə yarat!” təşəbbüsünə qoşularaq İsmayıllı Regional Mədəniyyət İdarəsi yaradıcılıq müsabiqəsi elan edib. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Yaradıcılığına inan" adlı dekorativ tətbiqi sənət və rəsm, "Heydər Əliyev uşaqların gözü ilə" mövzusunda inşa, “Heydər Əliyev və Azərbaycan” adlı şeir, "Təqdimat və şeir müsabiqəsi", eləcə də faşizm üzərində Qələbənin 75 illiyi ilə əlaqədar rəsm və əl işləri, "Qələbə bizimlədir" mövzusunda rəsm, "75 illik Qələbə" adlı rəsm, eyni zamanda, xalqımızın yaddaşında qəhrəmanlıq səhifəsi kimi qalmış Aprel döyüşlərinə həsr olunmuş rəsm üzrə onlayn müsabiqələr kecirilib.”




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb
29.05.2020
Restoran, kafe və çay evlərinin iş rejiminə dəyişiklik edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info