İsrailli ekspert: “Ermənistan etnik təmizləmə aparıb və Azərbaycan ərazilərinin 20 faizini işğal edib”
Tarix: 05.05.2020 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


“Bu qeyri-legitim seçkiləri Aİ, BMT və ATƏT kimi beynəlxalq qurumlar qəbul etməyiblər. Hamıya gün kimi aydındır ki, bu qeyri-legitim seçkilərin yekunlarının heç bir hüquqi nəticəsi yoxdur və beynəlxalq hüququn başlıca norma və prinsipləri ilə ziddiyyət təşkil edir”

“Dünya birliyinin qorxulu pandemiyaya qarşı fəal və aqressiv mübarizə apardığı bir vaxtda Ermənistan Respublikası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağın oyuncaq və separatçı rejimindən istifadə edərək işğal olunmuş ərazilərdə 2020-ci il martın 31-də qeyri-legitim və qondarma “parlament və prezident seçkiləri” keçirib. Məntiqi və ritorik sual meydana çıxır: “Bu şou-seçkilər indi kimə lazımdır?”

“Beynəlxalq münasibətlərin müasir mərhələsində koronavirus problemi üstünlük təşkil edir. ABŞ, Fransa, İtaliya, Böyük Britaniya kimi iqtisadi cəhətdən güclü dövlətlər həqiqətən bu virusla toqquşublar və bu gözəgörünməz dəhşətin öhdəsindən çox çətinliklə gəlirlər. Mən hələ koronavirusla yanaşı, digər ərazi və etnik münaqişələrin mövcud olduğu kiçik dövlətlərdən söhbət açmıram. BMT-nin Baş katibi Antonio Quterreşin ümumi atəşkəs elan edilməsi təşəbbüsü yalnız alqışlanmalıdır. Lakin əfsuslar olsun, BMT tarixi sübut edir ki, bu təşkilat bəyanatlardan və tövsiyə xarakterli qətnamələrdən artıq heç nəyə nail olmayıb”.

“Erməni təcavüzü nəticəsində bu gün Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün var”
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Gün” informasiya-analitik verilişində bildirib. İsrailli ekspertin sözlərinə görə, koronavirus pandemiyası dövründə elə təəssürat yaranıb ki, sanki bütün terrorçular və separatçılar bu gün karantinə gedib və koronavirusla mübarizə aparırlar. “Bu reallıq aldadıcıdır. Gəlin, elə postsovet məkanında ən köhnə və dondurulmuş münaqişəni – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini götürək. Bu münaqişə nəticəsində Ermənistan etnik təmizləmə aparıb və Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Dağlıq Qarabağdan əlavə ona bitişik daha yeddi Azərbaycan rayonu da işğal edilib. Erməni təcavüzü nəticəsində bu gün Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün var. Təsəvvür edin, uzun illərdir həll olunmamış ərazi və etnik münaqişə ilə yaşayan Azərbaycan bu gün bu qorxulu pandemiyaya müqavimət göstərməlidir. Azərbaycan rəhbərliyinin bu virusa qarşı apardığı səmərəli və layiqli mübarizəni qeyd etmək və vurğulamaq istəyirəm. İndiyədək ölkədə 2 minədək insan koronavirusa yoluxub və 25 nəfər bu xəstəlikdən dünyasını dəyişib”, - deyə Arye Qut qeyd edir. Ekspert vurğulayır ki, Azərbaycan İsrail turistləri üçün ən cazibəli yerlərdən biri olub və olacaq. “Müasir mərhələdə İsrail ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıqda dostluq və etimad telləri dünyanın əksər ölkələri üçün əsl və həqiqi modeldir. Ən çətin günlərdə bu ölkələr həmişə yanaşıdırlar və qarşılıqlı dəstəyi daim hiss edirlər. İsrail turistləri Azərbaycana daim böyük məmnuniyyətlə səfər edirlər. Ötən il Odlar Diyarını 60 mindən çox israilli turist ziyarət edib. Azərbaycan multikulturalizm və tolerantlıq ölkəsidir. Azərbaycanın yəhudi icması Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsini təşkil edir”, - deyə Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının canlı yayımlanan “Gün” informasiya-analitik verilişində çıxış edərkən vurğulayıb.


“Qeyri-legitim seçkilər beynəlxalq hüququn başlıca norma və prinsipləri ilə ziddiyyət təşkil edir”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunu davam etdirən israilli ekspert BMT rəhbərinin bəyanatını yüksək dəyərləndirdiyini deyib. “Lakin bu bəyanatın reallığına necə inanmaq olar ki, dünya birliyinin qorxulu pandemiyaya qarşı fəal və aqressiv mübarizə apardığı bir vaxtda Ermənistan Respublikası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağın oyuncaq və separatçı rejimindən istifadə edərək işğal olunmuş ərazilərdə 2020-ci il martın 31-də qeyri-legitim və qondarma “parlament və prezident seçkiləri” keçirib. Məntiqi və ritorik sual meydana çıxır: “Bu şou-seçkilər indi kimə lazımdır?” Bu qeyri-legitim seçkiləri Aİ, BMT və ATƏT kimi beynəlxalq qurumlar qəbul etməyiblər. Hamıya gün kimi aydındır ki, bu qeyri-legitim seçkilərin yekunlarının heç bir hüquqi nəticəsi yoxdur və beynəlxalq hüququn başlıca norma və prinsipləri ilə ziddiyyət təşkil edir”, - deyə Arye Qut qeyd edir. Biz bu gün beynəlxalq birliyin pandemiya ilə mübarizədə ümumi səylərini, Avropanın həmrəyliyini, dövlət başçılarının videokonfranslar apardığını görürük. “Aprelin əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə sammiti təşkil olundu. Bu gün biz yeni “Zoom” diplomatiyasının şahidlərinə çevrilirik. İsrailin Baş Naziri xarici dövlətlərin başçıları ilə daim videokonfranslar keçirir. Yeni reallıqlar diplomatları distant işin yeni vasitələri və beynəlxalq qarşılıqlı fəaliyyətin yeni formatı ilə üz-üzə qoyub. Qlobal karantin şəraitində diplomatik fəaliyyət ilk dəfə baş verir və adekvat hazırlıq tələb edir. Tarixdə ilk dəfə olaraq sosial şəbəkələr və onlayn-platformalar beynəlxalq əməkdaşlığın köməkçi alətindən əsas alətinə çevrilib. Beləliklə, konfrans salonlarından onlayn-məkanlara sürətli keçid müntəzəm dialoq və operativ məlumat mübadiləsi imkanlarını genişləndirib”, - deyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının birbaşa yayımlanan “Gün” informasiya-analitik verilişində bildirib.


Atəşkəs 24 dəfə pozulub

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən “Palitra”ya verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Onu da bildirək ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda erməni əsgəri ölüb.
Hadisə Dağlıq Qarabağın cənub bölgəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü Taron Poqosyan minaya düşməsi nəticəsində həlak olub.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info