“Ulduz” jurnalının xüsusi buraxılışı Məhəmməd Hadiyə həsr edilib
Tarix: 06.05.2020 | Saat: 21:17:00 | E-mail | Çapa göndər



Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbiyyat dərgisi “Ulduz” jurnalının növbəti nömrəsi Azərbaycan romantik poeziyasının yaradıcılarından, döyüşkən nümayəndələrindən, istiqlal və hürriyyət şeirimizin bayraqdarı Məhəmməd Hadinin həyat və irsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, jurnalın xüsusi buraxılışında Məhəmməd Hadinin mürəkkəb, mükəddər həyat yoluna, çoxcəhətli bədii və publisistik yaradıcılığına klassik və çağdaş ədəbiyyatşünasların həsr etdiyi sanballı tədqiqatları əsasında nəzər salınır, ədəbiyyat tariximizin qüdrətli qələm sahibinin irsi dərindən və hərtərəfli araşdırılır və layiqincə dəyərləndirilir. Xalq yazıçısı Anarın “Hadinin sonacan yaşaya bilmədiyi sevinc”, akademik İsa Həbibbəylinin “Bənzərsiz sənətkarlıq nümunəsi”, professor İslam Qəriblinin “Məhəmməd Hadinin əsərləri “Azərbaycan” qəzetində”, filologiya elmləri doktoru Abid Tahirlinin “Hadi poeziyası-istiqlalın ədəbi və əbədi məşəli.(Mühacirlər hürriyyət və həqiqət şairi haqqında)”, Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini dos. dr. Mehdi Gəncəlinin “İstiqlal vulkanı”, eləcə də digər tanınmış tədqiqatçıların Məhəmməd Hadinin həyat və yaradıcılığına həsr olunmuş məqalələri mühüm əhəmiyyət kəsb edir. Xalq şairi Fikrət Qocanın və istedadlı şair Eldar Baxışın Məhəmməd Hadiyə ithaf olunmuş şeir nümunələri təsirli və düşündürücüdür.
Jurnalda görkəmli elm və ədəbiyyat xadimlərindən Hənəfi Zeynallı, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq, Məmməd Cəfər, Seyid Hüseyn, Məmməd Arif, Mir Cəlal, Yaşar Qarayev, Elçin, Əziz Mirəhmədov, Ramiz Rövşən, Rəfiq Zəka, Nəriman Həsənzadə və digər görkəmli qələm sahiblərinin məqalələrindən sitatlar, Hadinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı materiallar, müxtəlif illərdə dövrü mətbuatda Hadiyə həsr olunmuş məqalələrdən seçmələr də böyük maraq doğurur.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info