“Jalal-İ” tədris mərkəzinin rəhbəri barədə cinayət işi başlandı
Tarix: 08.05.2020 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Ölkəmizdə iqtisadiyyatın uğurlu inkişafının təmin edilməsi məqsədilə qeyri-neft sektorunun davamlı və rəqabət qabiliyyətliliyinin, kiçik və orta biznesin stimullaşdırılması istiqamətində kompleks, siyasi və sosial tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bəzi sahibkarların vergi və sosial sığorta ödənişlərindən yayınmaları nəticəsində iqtisadiyyatın inkişafına kölgə sala biləcək korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri kimi, “Jalal-İ” tədris mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət yolxlanılıb.

Araşdırmalarla tədris mərkəzinin vergi orqanlarında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamasına, mərkəzin direktoru Cəlal Məhərrəmovun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında dövlət qeydiyyatından keçməklə həmin tədris mərkəzinin fəaliyyətini təşkil etməsinə, 12 repetitor müəllimlə hər birinə 250 manat məbləğində aylıq əməkhaqqı müəyyən edilməklə əmək müqaviləsi bağlamasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin, mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əmək haqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən mərkəzə məxsus baş ofisdə və filiallarda, habelə C. Məhərrəmovun avtomobilində və yaşayış yerində axtarış aparılmış, mərkəzin fəaliyyəti ilə əlaqədar sənədlər, pul vəsaitlərinin qəbul edilməsi və verilməsi haqqında jurnallar, mühasibatlıq sənədləri və texniki vasitələr aşkar edilərək götürülüb.

Toplanmış materiallarda C.Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə qəbul etdiyi müəllimlər və digər işçilərlə əmək müqaviləsi bağlamamasına, tələbələr tərəfindən ödənilən təhsil haqlarını bank vasitəsilə deyil nağd qaydada qəbul edərək vergi və sosial sığorta ödənişlərindən yayındırılmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən ediməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Balakənə diametri 12 millimetr olan dolu düşüb
25.05.2020
Abşeronda it dişləyən 53 yaşlı kişi quduzluqdan ölüb
25.05.2020
Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu
25.05.2020
Cahangir Hacıyevin şikayəti üzrə məhkəmə prosesi başlayıb
24.05.2020
Mingəçevirdə avtomobil 13 nəfəri vurub, 4 uşağın vəziyyəti ağır və orta ağırdır - YENİLƏNİB

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info