“Məqsədimiz Azərbaycanla matçda 3 xal qazanmaqdır”
Tarix: 10.10.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


“Yeganə problemimiz Neyl Makqinnidir. Ancaq qorxulu bir şey yoxdur, sadəcə, onu qorumaq lazımdır. Heyətdə dəyişikliklər olacaq. Lakin bu, Lüksemburqa 2:3 hesablı məğlubiyyətlə bağlı deyil. Bəzi futbolçular klublarında yetərincə oyun keçirmirlər”. Bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.
Millimiz oktyabrın 11-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək. Bakıya səfər ərəfəsində Britaniya mətbuatına danışan rəqib komandanın çalışdırıcısı Azərbaycan və İsrailə qarşı keçirəcəkləri hər iki oyuna ciddi hazırlaşdıqlarını söyləyib: “Lüksemburqa məğlubiyyət bizi məyus edib. Lakin uşaqlar yaxşı əhval-ruhiyyədədirlər və oyunları səbirsizliklə gözləyirlər. Lüksemburq və Portuqaliyaya qarşı keçirdiyimiz görüşləri izləyib, dərindən analiz etmişik. Səhvlərimizi bilirik. Məqsədimiz Azərbaycanla matçda 3 xal qazanmaqdır. Bakıda qələbə qazansaq, İsraillə oyuna daha yaxşı köklənə bilərik”.
Onil qeyd edib ki, komandası təcrübəsizdir, lakin yetirmələri beynəlxalq matçlarda çox şey öyrənə bilərlər: “Komandamızın təcrübəsi yetərincə deyil. Lakin onlar Lüksemburqa məğlubiyyətdən dərs çıxarmalıdırlar. Bu, uzun yolda çox şey öyrənəcəklər. Bir çox oyunçularımız üçün bu, yeni təcrübədir. Onlar həm komanda, həm də fərdi şəkildə lazım olanları mənimsəməlidirlər”. Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyunu saat 21:00-da başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
“Qarabağ” səfərədə hesabı ilə məğlub olub
23.08.2019
Hədəf dünya çempionatından Vətənə medalla qayıtmaqdır
22.08.2019
Navas “Real“dan ayrılmaq istəyir
22.08.2019
Joze Mourinyo PSJ-nin baş məşqçisi ola bilər
21.08.2019
Salahdan “Real“ açıqlaması

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info