“Qaydalara əməl olunmasa kütləvi məsuliyyətsizliyin acı nəticələrini görə bilərik”
Tarix: 08.05.2020 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Leyla Həsənova: “Görülən bu operativ işlər bir daha onu sübut edir ki, Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır”

Məlum olduğu kimi mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb işçiləri ilə görüşüblər ki, burada da Prezident öz nitqində bir sıra maraqlı məqamlara toxunub. O, qeyd edib ki, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Azərbaycan dövləti üçün başlıca məsələnin vətəndaşların sağlamlığı olduğunu deyən Prezident ölkəmizdə formalaşdırılmış müasir səhiyyə sisteminin koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verdiyini söyləyib. Prezident İlham Əliyev vətəndaşlarımıza da çağırışlar edərək vurğulayıb ki, maska taxmaq, məsafə saxlamaq, tez tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır...

“Biz hələ bu mübarizəni başa vurmamışıq və vətəndaşlarımız rahatlanmamlıdırlar”

“Palitra”ya açıqlama verən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Sosial məsələlər üzrə komissiyasının üzvü, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC “Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmir yolu xəstəxanası”nın həkimi Leyla Həsənova bildirdi ki, Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılması mühüm hadisə sayılmalıdır. Onun sözlərinə görə, bu tip xəstəxanaların olması Azərbaycan səhiyyəsi, infrastrukturun daha da yaxşılaşdırılması üçün öz sözünü deyəcək: “Çünki belə modul tipli xəstəxanalar artıq zamanın tələbidir və inkişaf etmiş ölkələrin çoxunda bu komplekslərdən yararlanırlar. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər. Bu cür xəstəxananın pandemiya dövründə qısa zamanda ərsəyə gətirib istifadəyə vermək isə həqiqətən də alqışlanmalıdır. Bildiyim qədəri ilə kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək bu 3 korpusdan ibarət olan kompleks 100 palatadan ibarət olacaq ki, burada da 200 çarpayı yeri nəzərdə tutulub. Burada orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Məlumatlara görə bu ay ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Ümumiyyətlə, yəqin siz də müşahidə edirsiniz ki, son zamanlar səhiyyə sistemində xeyli yeniliklər olur, bu sahəyə diqqət daha da artırılıb, tibb işçilərinə olan qayğı isə birə-beş artıb. Təbii ki, bütün bunlar da pandemiya dövründə gərgin rejimdə çalışan tibb işçiləri üçün motivasiya rolunu oynayır. Yəni, görülən bu operativ işlər bir daha onu sübut edir ki, Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır”. Leyla Həsənova insanları gigiyena qaydalarına əvvəlki templə riayət etməyə çağırdı: “Prezident də təsadüfdən bu məsələyə xüsusi olaraq qayıtmır. Yəni, Prezidentin dönə-dönə tövsiyyə şəklində insanlara gigiyena və sosial izolyasiya qaydalarına əməl etmələrini çatdırması bir daha ondan xəbər verir ki, biz hələ bu mübarizəni başa vurmamışıq və vətəndaşlarımız rahatlanmamlıdırlar. Həqiqətən də bu virusun ağır fəsadları ölkəmizdən yan keçdiyi üçün dövlətimizə minnətdar olmalıyıq. Amma vətəndaşlarımız da çağırışlara cavab verməli, maska taxmaqda davam etməli, məsafə saxlamalı, tez-tez əllərini yumalı, dezinfeksiya vasitələrindən istifadə etməlidirlər. Belə olmasa, düşünürəm ki, kütləvi məsuliyyətsizliyin acı nəticələrini görə bilərik”

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı siyasi anlaşma güclənir
28.05.2020
“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Qasımbəy yeməyi -VIDEO
5 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info