2 milyon vətəndaşa sosial təminat üzrə ödənişlərin davamlılığı təmin edilib
Tarix: 09.05.2020 | Saat: 10:20:00 | E-mail | Çapa göndər


2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pandemiya ilə əlaqədar Azərbaycanda məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlərə dair beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri üçün videokonfrans formatında keçirilən brifinqi zamanı bildirib.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunan birifinqdə BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanda COVID-19 pandemiyasına qarşı fəal mübarizə aparılmaqla yanaşı, geniş miqyaslı sosial dəstək tədbirlərinin də həyata keçirildiyini qeyd edib. O, hazırkı brifinqin bu sahədə aparılan işlərlə bağlı məlumat və fikir mübadiləsinə imkan yaratdığını bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda koronavirus pandemiyasına qarşı məqsədyönlü tədbirlər görülməklə bərabər, məşğulluğa və sosial rifaha dəstək istiqamətində fəal siyasətin aparıldığını deyib.

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planından bəhs edən nazir bu sənəd üzrə dəstək tədbirlərinə təqribən 3,5 milyard manat ayrıldığını qeyd edib. Planda əksini tapan 4 istiqamətdə 12 tədbir üzrə məşğulluğa və sosial rifaha dəstək işlərinin aparıldığını, bu sahə üzrə 600 milyon manat ayrıldığını deyib. O, təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə reallaşdırılan sosial dəstək paketinin 4,8 milyondan çox vətəndaşı və ya əhalinin 48 faizini əhatə etdiyini bildirib.

S.Babayev dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 660 minədək işçinin iş yerləri və əməkhaqqı gəlirlərinin qorunduğunu qeyd edib. Müsbət hal kimi, ilin əvvəlindən 1 maya qədər əmək müqavilələrinin sayının 105 min artdığını diqqətə çatdırıb. Bildirib ki, 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə birdəfəlik ödəmə verilib.

Nazir məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunması işlərini diqqətə çatdırıb. Artıq 61 min şəxsin bu işlərə cəlb olunduğunu deyib.Tənha yaşlılara evlərində sosial xidmətlərin göstərildiyini deyən S.Babayev həmçinin 82 min ailənin 342 minədək üzvünün ünvanlı dövlət sosial yardımı ilə təmin edildiyini qeyd edib. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi,100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddətinin, əlillik müddəti bitmiş şəxslərə əlillik müddətinin, ünvanlı sosial yardımın təyin olunma müddəti bitmiş şəxslərə bu yardımın verilməsi müddətinin uzadıldığını bildirib. Brifinq zamanı iştirakçıların sualları da cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər
03.06.2020
️Məşhurlardan ABADçılara dəstək davam edir-FOTOLAR
03.06.2020
Bibiheybət yolu gələn həftə açılır
02.06.2020
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info