İsmayıllıdan Almaniyayadək uzanan döyüş yolu
Tarix: 09.05.2020 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


96 yaşlı müharibə veteranı danışır


1924-cü ildə İsmayıllının Tircan kəndində anadan olan Balakişi Fətullayev 1941-ci ildən 1945-ci ilədək davam edən Böyük Vətən müharibəsi zamanı ordu sıralarına qatılan 700 minə yaxın azərbaycanlıdan biridir.

AZƏRTAC xəbər verir ki, 96 yaşlı Balakişi Fətullayev olduqca sağlam və gümrahdır, yaddaşına da söz ola bilməz. Ensiklopedik məlumata malik yaddaş boxçasını dəqiqliyinədək xatırlamağı və keçdiyi ömür yolunu maraqlı hekayət kimi vərəqləməyi bacarır.
Böyük Vətən müharibəsinin veteranı deyir ki, azərbaycanlılar müharibədə şücaətləri ilə seçiliblər. Hətta qızğın döyüşlərin birində xeyli sayda qüvvə ilə irəli atılsalar da, onların yalnız yarısı həmin döyüşdən sağ çıxıb. Vətənə qayıdanların da böyük əksəriyyəti bədənində güllə-qəlpə yarası, beynində müharibənin dəhşətli xatirələri ilə geri dönüblər.

“Almaniyayadək gedib çıxdıq, qalib gəldik, igid oğlanlarımız öz şücaətlərini göstərdilər, əsgərdən generala qədər yüksələn azərbaycanlılar da oldu. Buna baxmayaraq müharibəni pisləyirəm, çünki onun öz qanunları var. Böyükdən-kiçiyə hər kəsə zərər verir, illər keçsə də, ancaq acı günlər yaddaşlarda qalır. Biz hazırda da müharibə şəraitində yaşayırıq, mən bu yaşımda prosesləri izləyirəm və görürəm ki, Prezidentimiz də münaqişənin sülh yolu ilə həllinə çalışır. İnşallah bu problem də tezliklə həll olunsun və biz öz ərazi bütövlüyümüzü təmin edək”, - deyə o vurğulayır.
Döyüşlərdə göstərdiyi igidliyə və əmək fəaliyyətindəki uğurlarına görə dəfələrlə orden və medallar qazanan Balakişi baba, ona dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini deyir.
Bu günlərdə pandemiya səbəbindən evdən çölə çıxmayan veteran döyüşçüyə Heydər Əliyev Fondu tərəfindən sovqat da göndərilib. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev tərəfindən Qələbənin 75 illiyi münasibətilə medalla təltif olunan Böyük Vətən müharibəsi veteranına 1500 manat məbləğində birdəfəlik maddi yardım da verilib.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər
03.06.2020
️Məşhurlardan ABADçılara dəstək davam edir-FOTOLAR
03.06.2020
Bibiheybət yolu gələn həftə açılır
02.06.2020
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info