Əlilliyi olan şəxslərin əmək hüquqlarının pozulmasına görə işəgötürənlər 500 manatadək cərimələnəcək
Tarix: 09.05.2020 | Saat: 14:21:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilməsi təklif olunur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsində mayın 12-də birinci oxunuşda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif edilən yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər
03.06.2020
️Məşhurlardan ABADçılara dəstək davam edir-FOTOLAR
03.06.2020
Bibiheybət yolu gələn həftə açılır
02.06.2020
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info