“Ermənistanda faşist ruhu sanki ənənə halını alıb” - Əziz Əlibəyli
Tarix: 09.05.2020 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Əziz Əlibəyli: “Njdeni qəhrəmanlaşdırmaq təkcə faşizmə xidmət deyil, iqtisadi, hərbi, hətta siyasi cəhətdən xeyli asılı olduqları ölkənin dəyərlərinə təhqirdir, Rusiyaya xəyanətdir, ümumilikdə isə müttəfiq ölkələrə hörmətsizlikdir...”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub ki, bunlardan biri də Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması məsələsi idi. Prezident qeyd edib ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Bir neçə il əvvəl bu ölkədə faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəlin qoyulduğunu, heykəlin açılışında keçmiş prezidentin də iştirak etdiyini xatırladan Prezident İlham Əliyev müharibə qərəmanları əvəzinə Armavirdə erməni kilsəsinin yaxınlığında faşist caniyə xatirə lövhəsi vurulmasını da anormal hal sayıb: “Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyinin bu canini müdafiə etməsi göstərdi ki, bu ölkədə hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır”.

“Azərbaycan tərəfi dərin araşdırmalar aparmalı, arxivlərdən vacib sənəd və sübtlar tapılaraq ermənilərin zamanında faşistlərlə əməkdaşlığının nəticəsi kimi Sovet ordusuna, rus xalqına vurulan zərbələrini tapmalı, yaymalı və bu faşizmi adiləşdirən ölkənin əsl simasını göstərməlidir. İşğalçı ölkənin Şirak şəhərində daşnak-qatil Soqomon Teyliryanın heykəlinin ucaldılması və heykəldə məşhur Türk generalı Tələt Paşanın da təhqir olunması növbəti faşizm nümunəsidir”

“Palitra”ya açıqlama verən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyir ki, həqiqətən də Ermənistanda faşizmə olan simpatiya bütün dövrlərin rəhbər şəxsləri üçün adi hal olub: “Ermənistanın faşizmi əbədiləşdirməsi adi haldır. Çünki özləri də bu ideologiyanın qatı tərəfdarlarıdırlar. Bunu sübut edən minlərlə fakt var – Malıbəyli, Qaradağlı, Xocalı, Ağdaban və əsrin əvvəllərindən baş verənlər. Ermənilərdən ibarət hərbi dəstələr harada Azərbaycan türkü görüblərsə, qətlə yetiriblər, onların yaşadıqları torpaqlar üzərində isə dövlət qurublar. Yəni, dövlət olaraq da mahiyyətləri budur. Bu gün II Dünya Müharibəsində qələbənin olduğu gün bayram kimi qeyd edilir. Özlərini bu qələbədə pay sahibi sayan erməni rəhbərləri isə bir neçə il əvvəl Njdeni qəhrəmanlaşdırmaqla daha bir paradoksa imza atıblar. Njdeni qəhrəmanlaşdırmaq təkcə faşizmə xidmət deyil, iqtisadi, hərbi, hətta siyasi cəhətdən xeyli asılı olduqları ölkənin dəyərlərinə təhqirdir, Rusiyaya xəyanətdir, ümumilikdə isə müttəfiq ölkələrə hörmətsizlikdir...”.
Əziz Əlibəyli deyir ki, Ermənistanda faşist ruhu sanki ənənə halını alıb: “Belə bir ruhun yaşaması hakimiyyətdə kimin olmasından asılı deyil. Köçəryan da, Sarkisyan da, elə yalançı demokrat donuna bürünmüş Paşinyan da faşizmə meylli olduqlarını dəfələrlə sübut edilər. Məncə, Azərbaycan tərəfi dərin araşdırmalar aparmalı, arxivlərdən vacib sənəd və sübtlar tapılaraq ermənilərin zamanında faşistlərlə əməkdaşlığının nəticəsi kimi Sovet ordusuna, rus xalqına vurulan zərbələrini tapmalı, yaymalı və bu faşizmi adiləşdirən ölkənin əsl simasını göstərməlidir. İşğalçı ölkənin Şirak şəhərində daşnak-qatil Soqomon Teyliryanın heykəlinin ucaldılması və heykəldə məşhur Türk generalı Tələt Paşanın da təhqir olunması növbəti faşizm nümunəsidir. Hesab edirəm ki, eyni mahiyyət, eyni ruh Azərbaycanla yanaşı Türkiyə və Rusiyanı da təhdid edir, ortaq maraqlar naminə bu bəlaya qarşı mübarizədə səyləri birləşdirmək lazımdır”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info