“Koronavavirusla mübarizə sahəsində dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək yüksək səviyyədədir“
Tarix: 09.05.2020 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


İradə Rizazadə: "Karantin rejiminin nisbətən yumşaldılmasına baxmayaraq, insanlarımızı qəbul edilən qərarlara riayət etməyə, özünütəcrid qaydalarını gözləməyə səsləyirik"

Azərbaycan dövləti koronavirusa qarşı komleks şəkildə mübarizə aparır. Digər ölkələrlə müqayisədə Azərbaycanda bu virusa yoluxanların və ölüm hallarının sayının minimum səviyyədə olması bunun bariz nümunəsidir. Eyni zamanda koronavirusa qarşı mübarizədə dövlətin atdığı addımlara ictimai dəstək də göstərilir. Azərbaycan Prezidenti TASS agentliyinə müsahibəsində bu haqda danışaraq deyib ki, koronavirusla mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərə ictimai dəstə yüksək səviyyədədir: "İndi Azərbaycanda nümayiş etdirilən yüksək həmrəylik kimi həm də məsuliyyət və intizam göstərilməlidir. Pandemiyadan əziyyət çəkənlərə təqribən 2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi ayrılıb. Bu paket 700 minə yaxın insanı və mikrosahibkarları əhatə edir. Ünvanlı sosial yardım alan ailələrin sayı artırılaraq 80 minə çatdırılıb, belə ailələrin hər biri orta hesabla 222 manat alır. 90 min ödənişli ictimai iş yeri və 12 min özünüməşğulluq yeri yaradılır. Vergi güzəştləri tətbiq olunur".

“Vətəndaş cəmiyyətinin üzvü olaraq, biz də aparılan işlərə kiçik də olsa dəstək olmaq məqsədilə karantin rejimində yaşı 65-dən çox olan, eyni zamanda xüsusi ehtiyacı olan şəxslərə, aztəminatlı ailələrə ərzaq yardımları, tibbi vasitələr və məlumatlandırıcı bukletlər payladıq. Həmçinin, təşkilatımızın könüllüləri tərəfindən ehtiyacı olan şəxslərə müxtəlif sosial xidmətlər göstərildi”

Bu mövzuda Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə "Palitra"ya açıqlama verib. O deyib ki, 2020-ci ildə dünyanı cənginə almış COVİD-19 (koronavirus) pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi: "Lakin Azərbaycan hökuməti tərəfindən fərqli formada aparılan mübarizənin nəticəsində dünyanın aparıcı ölkələrində belə, xeyli sayda insan itkisi ilə nəticələnən bu pandemiya ölkəmizdə daha az fəsadlar törətdi. Ən əsası isə yaranan fəsadları vaxtında verilmiş qərarlarla minimuma endirmək mümkün oldu. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirir. Buna isə ölkə başçımızın vaxtında verdiyi dəqiq qərarlar və ən əsası cənab Prezidentin bu sahəyə birbaşa nəzarəti sayəsində nail olmaq mümkün oldu. Sosial sahədə uzun müddətdir fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olaraq, dövlətimizin bu dönəmdə həyata keçirdiyi sosial siyasəti müsbət qiymətləndiririk. Belə ki, pandemiya nəticəsində bəzi iş yerlərinin bağlanmasına baxmayaraq, dövlət və qeyri-dövlət sektoru üzrə işçilərin əmək haqqlarının qorunması üçün məqsədyönlü işlər aparılmışdır. Bu dövrdə hətta əmək müqavilələrinin sayında azalma deyil, əksinə artım müşahidə olunmuşdur. Bu da, həmçinin “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə mühüm rol oynamışdır. Xüsusi karantin rejiminə görə iş yerini itirən və işsiz şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində, yəni 190 manat birdəfəlik ödəmə təyin olunub. Cənab Prezidentin müvafiq qərarı ilə bu ödəmə proqramının əhatə dairəsi genişləndirilərək 600 min şəxsi əhatə etmişdir. Əhalinin məşğulluq imkanlarının daha da artırılması məqsədilə isə 90 min ictimai iş yerinin açılması barədə qərar qəbul edilib. Bundan əlavə, sahibkarlara müxtəlif dəstək tədbirlərinin göstərildiyini də xüsusi vurğulamaq olar". QHT sədri bildirib ki, koronavavirusla mübarizə sahəsində dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək də yüksək səviyyədədir: "İnsanların cənab Prezidentin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq karantin tədbirlərinə əməl etməsi, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi xalqımızın bu çətin vaxtda da həmrəyliyini bir daha nümayiş etdirdi. Vətəndaş cəmiyyətinin üzvü olaraq, biz də aparılan işlərə kiçik də olsa dəstək olmaq məqsədilə karantin rejimində yaşı 65-dən çox olan, eyni zamanda xüsusi ehtiyacı olan şəxslərə, aztəminatlı ailələrə ərzaq yardımları, tibbi vasitələr və məlumatlandırıcı bukletlər payladıq. Həmçinin, təşkilatımızın könüllüləri tərəfindən ehtiyacı olan şəxslərə müxtəlif sosial xidmətlər göstərildi. Karantin rejiminin nisbətən yumşaldılmasına baxmayaraq, insanlarımıza qəbul edilən qərarlara riayət etməyə, özünütəcrid qaydalarını gözləməyə səsləyirik. Bu qaydalara düzgün əməl olunması nəticəsində tezliklə bu bəlanın ölkəmiz üzərindən sovuşacağına və hər zamankı həyatımıza dönəcəyimizə inamımız yüksəkdir".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info