Naxçıvan Qarnizonu Qoşunlarının bölmələrində komandir hazırlığı məşğələləri keçirilib - VİDEO
Tarix: 09.05.2020 | Saat: 17:17:00 | E-mail | Çapa göndər



“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, müxtəlif təlim yerlərində tabor, divizion komandirləri və müavinlərinə ayrı-ayrı fənlər üzrə dərslər keçirilib, 60, 82 və 120 millimetrlik minaatanlara quraşdırılmış simulyatorlar vasitəsilə praktiki atışlar yerinə yetirilib.

Səhra şəraitində bölmələrin qidalanmasının təşkili, şəxsi heyətin yemək və su tələbatının ödənilməsi məqsədi ilə arxa komanda məntəqəsi açılıb.

Məşğələlər çərçivəsində tərkibinə hava hücumundan müdafiə vasitələri və minaatanlar verilmiş motoatıcı bölüyün müdafiə döyüşünün planlanması, hazırlanması, keçirilməsi və idarə edilməsi metodikası praktiki olaraq göstərilib.

Bölüyün döyüş atışlı taktiki təliminin ssenarisinə əsasən motoatıcı bölüyün dayaq məntəqəsinə düşmənin bir tabora qədər qüvvəsi pilotsuz uçuş aparatlarının və artilleriya atəş zərbələrinin dəstəyi ilə hücum edir.

Düşmən artilleriyasını susdurmaq və hava zərbələrini dəf etmək məqsədilə zenit qurğularından, minaatanlardan, piyadanın döyüş maşınlarından və digər atəş vasitələrindən atəş tapşırığı yerinə yetirilir.

Düşmənin üstün qüvvələrinin hücumunu dəf edərək maksimal itkiyə məruz qoymaq, dayaq məntəqəsini əldə saxlamaqla sonrakı fəaliyyətlər üçün əlverişli şərait yaratmaq məqsədilə müdafiə döyüşü aparılır.

Motoatıcı bölüyün ehtiyatda olan taqımı döyüşə yeridilərkən düşmənin hava kəşfiyyat vasitələri tərəfindən müşahidə edilərək artilleriya atəş zərbələrinə və kəşfiyyat-diversiya qrupunun basqınına məruz qalır. Aktiv fəaliyyətlərlə düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilir.

Bölüyün döyüş atışlı taktiki təlimində yaranmış mürəkkəb şəraitdə şərti düşmənə etibarlı atəş zərbələri endirilir, dayaq məntəqəsi qarşısında düşmənin hücumu dayandırılır və beləliklə də qarşıya qoyulmuş məqsədə nail olunur.

Məşğələlərə yekun vurulan zaman müdafiə döyüşünün komandirlərdən həm yüksək peşəkarlıq, həm də ortaya çıxan mürəkkəb taktiki şəraitdə soyuqqanlılıq və iradə göstərməyi, özünü itirməmək bacarığını sərgiləməyi tələb etdiyi vurğulanıb. Döyüşün ən mürəkkəb və çətin növü sayılan müdafiə döyüşünün praktiki olaraq göstərilməsi zamanı komandirlərin peşəkar idarəetmə, şəxsi heyətin yüksək səhra bacarığı nümayiş etdirməsi məşğələlərin sistemli şəkildə təşkil olunub keçirilməsinin əhəmiyyətindən xəbər verir.





 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info