“Azərsun Holdinq” Qələbə Günü münasibətilə yüzlərlə ailəyə sovqat hədiyyə etdi
Tarix: 09.05.2020 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Ölkəmizin tarixinə xüsusi hörmətlə yanaşan və bu istiqamətdə müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” ənənəsinə növbəti dəfə sadiq qalıb. 640 min həmvətənimizin iştirakı ilə faşizm üzərində qələbənin qazanılmasının 75-ci ildönümü münasibətilə Şirkətlər Qrupu adından 2 dəfə Sovet İttifaqı qəhramanı olmuş Həzi Aslanovun abidəsi önünə gül dəstəsi qoyulub. Bununla bərabər “Azərsun Holdinq” tərəfindən veteranlara və yüzlərlə aztəminatlı ailəyə ərzaq bağlaması hədiyyə edilib.
Qeyd edək ki, müharibədə Azərbaycan xalqı çox itkilərə və hədsiz məhrumiyyətlərə məruz qalaraq düşmən üzərində qələbənin qazanılmasında mühüm rol oynayıb. Azərbaycandan cəbhəyə səfərbər olunan 640 min nəfərin böyük bir hissəsi həlak olmuş və itkin düşmüş, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, minlərlə insan isə müxtəlif orden və medallarla təltif edilib. Bununla bərabər Azərbaycan, həm də həmin dövrdə Sovet İttifaqının əsas yanacaq təminatçısı idi ki, bu məqam da II Dünya Müharibəsində qələbənin qazanılmasında əsas 3 faktordan biri hesab olunur. Faşizm üzərində qələbənin qazanılmasında misilsiz rol oynayan neftin 70 faizdən çoxu, benzinin 80, sürtgü yağlarının isə 90 faizi məhz Azərbaycan tərəfindən təmin edilirdi.
Müstəqilliyimizin ilk illərində səriştəsiz şəxslərin hakimiyyətə gəlməsi ilə 9 may Qələbə Günü ikinci plana keçirilsə də, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu tarixi günə layiq olduğu qiyməti verdi. Ulu Öndər 1994-cü ildə veteranlara dövlət qayğısının göstərilməsi üçün xüsusi Fərman da imzaladı ki, Azərbaycan və dünya tarixinə adlarını qızıl hərflərlə yazdırmış bu şəxslərə dəstək verilir. Veteranlar barədə danışan Ümummilli Lider söyləmişdi ki, “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər". O, hər bir namuslu azərbaycanlının və dövlətin bu insanlara qayğı ilə yanaşmalı olduğunu qeyd etmişdi.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq”
01.06.2020
Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər
01.06.2020
Hər uşaq öz yaş dövrünə uyğun hüquqlarına bələd olmalı və istismardan qorunmalıdır
01.06.2020
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üzrə müraciətlərə başlanılır
31.05.2020
190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi təklif edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info