Türkiyədə qadağadan sonra toylar belə keçiriləcək
Tarix: 10.05.2020 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Türkiyədə koronavirusa qarşı mübarizə tədbirlərinin bir hissəsi olaraq, toylarda iştirakla bağlı yeni qaydalar tətbiq olunub.
Palitranews.az Oxu.az-a istinadən bildirir ki, “Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, artıq bu barədə təlimatlar bütün şadlıq evlərinə göndərilib.
Yeni qaydalara əsasən, toylarda 1,5 metr uzunluğu olan çubuqlardan tutmaqla yallı gediləcək.
Toylarda səkkiz və ya 10 nəfərlik masaların arxasında yalnız dörd nəfər otura biləcək. 600 nəfərlik salonda 200-250 qonağın iştirak edəcəyi toy və nişan mərasimləri keçiriləcək.
Salona daxil olmazdan əvvəl hamının temperaturu ölçülməlidir. Maska taxmayan qonaqlara salona girməyə icazə verilməyəcək və arzu edənlərə girişdə şəxsi mühafizə vasitələri paylanacaq. Hər toydan əvvəl və sonra salonlarda dezinfeksiya işləri aparılacaq.
Bəylə gəlinə hədiyyə veriləcək zinət əşyaları artıq onların yaxalarına taxılmayacaq, bunlar zərflərin içində sandığa qoyulacaq.
Gəlin və bəylə əl sıxma və ya qucaqlaşmaq qadağan edilir. Toy boyunca gəlinə və bəyə yaxınlaşanların maska ​​taxmaları tövsiyə olunur.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info