Smuzilər və detoks çaylar artıq çəkini azaltmağa kömək edir
Tarix: 11.05.2020 | Saat: 00:57:00 | E-mail | Çapa göndər



Karantin rejiminə əməl etmək lazım gəldiyi dövrdə yemək istəyinə nəzarət etmək çətinləşir. Stress, narahatlıq, məşğuliyyətin olmaması daha çox yeməyə sövq edir. Bu, nəticədə həm artıq çəkiyə, həm də sağlamlığın pozulmasına aparıb çıxarır. Qeyd edək ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir.

Həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Artıq çəkinin olması immun sistemini bir qədər aşağı salır, çünki yağ toxumaları nə qədər çoxdursa, immun sistemi o qədər də zəif olur. Ona görə gün ərzində üç dəfə smuzilərdən istifadə etmək bu sahədə müsbət nəticə verər. Smuzi qəbulu həm metabolizmi yaxşılaşdırır, həm qalxanvarı vəzin fəaliyyətini yüksəldir, həm də artıq çəkidən azad edir”.

O deyib ki, orqanizmi yığılan yağlardan, toksin və şlaklardan təmizləmək üçün də smuzilər çox faydalıdır :“Həmin içki xolesterinin səviyyəsini aşağı salaraq gümrahlıq yaradır. Məsələn, smuzilərdən birinin hazırlanam resepti belədir. Ananas soyulur, quşüzümü, çiyələk, qreypfrut, ispanaq, cəfəri və üzərinə 1 stəkan soyuq su əlavə edilərək şirəçəkəndə çəkilib içilir.

Smuzilər qədər faydalı olan detoks sular çəki atmaq, immun sistemini gücləndirmək, bədənin qələvi balansını qorumaq və enerjini artırmaq üçün çox faydalıdır. Həmin detoksu gün ərzində su əvəzinə qəbul etmək məsləhətdir. Detoks çayı ananas qabığı, 1 çay qaşığı limon şirəsi, alma sirkəsi, 10-15 ədəd mixək və qara istiot dənələri ilə hazırlamaq olar”.

Düzgün qidalanmaq həyat keyfiyyətini, sağlamlığı, əhval-ruhiyyəni, maddələr mübadiləsinin dolğun fəaliyyətini təmin edərək bir sıra xəstəliklərin qarşısını almağa imkan yaradır. Unutmaq olmaz ki, düzgün qida rasionu enerji mənbəyidir.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info