Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır
Tarix: 11.05.2020 | Saat: 11:54:00 | E-mail | Çapa göndər


Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır. Ölkələrimiz arasında imzalanaraq həyata keçirilməkdə olan yol xəritələri, ticarət, nəqliyyat, energetika, humanitar sahə, turizm, innovasiyalar və gənclər siyasətini əhatə edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, iki ölkə arasındakı əlaqələr prezidentlərimizin dostluq münasibətləri üzərində daha da möhkəmlənir:
“Mütəmadi olaraq regionlararası iqtisadi forumlar keçirməklə yol xəritələrinin icrası vəziyyəti, yeni potensiallarının öyrənilməsi və reallaşdırılması istiqamətində sazişlər imzalanır. Rusiyanın ölkəmizdə 700 şirkəti fəaliyyət göstərir və qarşılıqlı investisyaların həcmi milyard dolları keçib. Azərbaycanın reallaşdırdığı Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri ölkəmizdən Rusiyaya keçən tranzit yüklərinin həcmini kifayət qədər artırıb.

2019-cu ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20% artması, hərbi əməkdaşlığın genişlənməsi və bir milyona yaxın Rusiyalı turistin ölkəmizə səfəri Azərbaycan-Rusiya münasibətlərinin dinamikasının yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir”.
Deputat vurğulayıb ki, Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Prezident İlham Əliyev enerjinin inkişafına böyük diqqət yetirdiyini, ölkəmizin enerji sektorunun yüksək inkişaf dövrünü yaşadığını oxucuların diqqətinə çatdırıb:
“2003-cü ildən bəri 30-dan çox elektrik stansiyasının istifadəyə verilməsi, bərpaolunan enerjinin inkişafına böyük diqqət yetirildiyini, yeni neft-qaz yataqlarını tədqiq edilərək istifadəyə verildiyini və 7 neft və qaz ixrac kəməri inşa olunduğunu qeyd edən cənab Prezident ölkəmizin bu məhsullar üzrə idxalçıdan ixracatçıya çevrildiyini bildirib”.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info