Paşinyan babasının faşistlərə xidmət etdiyi üzə çıxdı -VIDEO
Tarix: 11.05.2020 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb.

“Qafqazinfo” Ermənistanın “iravunk.com” saytına istinadən bildirir ki, bu, hökumət başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımdan sonra bəlli olub. Belə ki, babasının fotosunu paylaşan N.Paşinyan bunları qeyd edib:
“Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.
Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqda “obd-memorial.ru” saytında axtarış edən “iravunk.com” saytı aşağıdakı məlumatları əldə edib:

Doğum tarixi: 23.12.1913

Doğum yeri: Ermənistan SSR, Yenokavan

Taleyi: düşmənlə əməkdaşlıq edib, həlak olub

Vəfat tarixi: 29.09.1943

Baş Nazirin Nikol Paşinyan haqqında təqdim etdiyi məlumatlar və axtarış saytının məlumatları üst-üstə düşür. Saytda qeyd edilir ki, Nikolay Vartanoviç Paşinyan Ermənistan SSR-də, Yenokavan kəndində 1913-cü ildə anadan olub və 1943-cü ildə vəfat edib.
“Obd-memorial.ru”nun məlumatlarına əsasən məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.
Sayt, həmçinin alman qeydiyyat sənədini dərc edib.
Həmçinin məlumatda qeyd olunur ki, o kənddə yeganə Nikol Paşinyandır.





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Deyəsən, bu dəfə “xəstəliyə uçuş“da Paşinyanı xilas etməyəcək
03.06.2020
Dağlıq Qarabağda erməni əsgər yol qəzasında ölüb
03.06.2020
Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi
03.06.2020
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb
02.06.2020
Paşinyanı qorxudan məqam…

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info