“Bravo” ailə başçısını itirmiş 15 min ailəyə ərzaq yardımı edib
Tarix: 12.05.2020 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Pandemiya ilə əlaqədar həssas əhali qruplarına dəstək aksiyalarında fəal iştirak edən “Bravo” supermarketlər şəbəkəsi sosial məsuliyyət strategiyası çərçivəsində son günlərdə 15 min ailəyə də ərzaq yardımı edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar əsasında Bakı və ölkənin bölgələrində ailə başçısını itirmiş 15 min ailənin hər birinə şirkət tərəfindən ərzaq payı təqdim olunub.
Bundan əvvəl isə “Bravo” evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan və tənha əlilliyi olan şəxslərdən ibarət 10 minədək şəxsi ərzaq yardımı ilə təmin etmişdi.
Beləliklə, pandemiya dövründə şirkət ümumilikdə 25 min tənha yaşlı və əlilliyi olan tənha şəxsə, ailə başçısını itirmiş ailəyə ərzaq dəstəyi göstərib.
Ərzaq payları Nazirliyin sosial xidmətçilərinin və könüllülərin dəstəyi ilə həmin vətəndaşlara evlərinə aparılaraq çatdırılıb. “Bravo” supermarketlər şəbəkəsi tərəfindən həyata keçirilən bu sosial aksiyalar həssas əhali qruplarının rifahına bir dəstək olmaqla, ölkəmizdə pandemiya ilə mübarizədə milli həmrəyliyə mühüm bir töhfədir.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq”
01.06.2020
Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər
01.06.2020
Hər uşaq öz yaş dövrünə uyğun hüquqlarına bələd olmalı və istismardan qorunmalıdır
01.06.2020
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üzrə müraciətlərə başlanılır
31.05.2020
190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi təklif edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info