Müxalifət sitayiş etməyə yeni ad axtarır
Tarix: 11.10.2013 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


|

9 oktyabr prezident seçkilərində namizədliyini irəli sürən hər bir siyasətçi seçkiyə qatılıb, seçki yarışında iştirak etmək imkanı əldə etdi. Seçki marafonunda uğurlu start götürmüş YAP-ın namizədi Prezident İlham Əliyev sonda xalqın etimadını bir daha qazanaraq, yenidən ölkəyə rəhbər seçildi. Onun bu uğuru və xalqdan gördüyü böyük dəstək yolunda əngəl olmağa çalışanlar da oldu. Bu, müxalifətin “milli şura”sı idi ki, həmin qurum da uğursuz namizəd seçimi və ümumilikdə hazırlıqsız təbliğat-təşviqat kampanyası ilə yadda qaldı. Xalqın istək və arzularını yerinə yetirən namizəd olaraq seçkidə böyük dəstək qazanan İlham Əliyevdən fərqli olaraq “milli şura”nın namizədi Cəmil Həsənli seçki marafonundakı çıxışları zamanı və debatlarda öz sözünü demirdi.
Müxalifətin sitayiş etdiyi bu yeni ad olan Cəmil Həsənlinin xarüqələr yaradacağı xülyasıyla yaşayan fanatik müxalifətçilər də əslində onun arxasında duran qüvvəllərin məqsədindən xəbərsiz idilər. Cəmil Həsənli həm də heç bir sosial dayağı olmayan, tamamilə iflasa uğramış qurumun- “milli şura”nın süni şəkildə ortaya atdığı “demokratik namizəd” görüntüsü yaratmağa çalışdı. Əvvəlcədən də siyasi şərhçilər deyirdilər ki, “milli şura”nın adından kim namizədliyini irəli sürsə, sıradan olan digər namizədlərdən elə də çox səs toplaya bilməyəcək. Onun heç bir şansı olmayacaq. Cəmil Həsənli tarixçidir, Milli Məclisin üzvü olub. Lakin xalq sırf Cəmil Həsənlinin kimliyinə qiymət vermədi. Xalq onun seçkiyə hansı komanda ilə getməsinə qiymət verdi. Onun arxasında seçkilərdə daim özünü biabır edən müxalifət liderləri dayanmışdılar. Hamı da eyni fikri səsləndirirdi ki, əslində Cəmil Həsənli üfürülmüş şara bənzəyir. Onun ziyalılığını qabardıb, şişirdib önə verdilər, lakin seçkilərdən sonra bu şar partladı. Cəmil Həsənli “milli şura”nın namizədi olmaqla bir növ öz siyasi şansını da daha artıq risk qarşısında qoydu. O, elə tarixçi alim kimi tanınsaydı daha yaxşı olardı. Proseslər də göstərdi ki, Cəmil Həsənli seçkiyə qatılmaqla heç nə əldə edə bilmədi. İndi insanları daha çox bir sual düşündürür-doğrudanmı müxalifətin namizədi adı ilə seçkilərə qatılıb özünü biabır edən Cəmil Həsənli uğursuzluqdan sonra əsl dəstəyin kimə olduğunu görməməzlikdən gəlib, “kor” siyasətçi mövqeyində qalacaq!? Bu artıq zamana buraxılmış məsələdir və demokratik düşüncədən dəm vuranların əsl demokrat kimi davranıb reallıqla barışmaqlarını gözləməyə də dəyməz.




 
Müəllifin son yazıları

08.08.2018 Etikasız mühacirlər...
30.03.2018 “Söyüş teatrı”nın aktyorları
24.02.2018 “Orduxanlar” Xocalı faciəsi ilə bağlı niyə aksiya keçirmirlər?
06.02.2018 Müxalifətin “Facebook”dakı saxta profilləri...
10.01.2018 İpi xaricilərin əlində olanlar...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info