“Ermənistanın bütün dövlət idarəçilik atributları faşizmdən təşəkkül tapıb və neonasizm dalğasını təmsil edir”
Tarix: 12.05.2020 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Tural İsmayılov: “Erməni mətbuatını izləyənlər yaxşı bilir ki, bu adama hələ parlamentdə Sarkisyana müxalif olan vaxtlarında da babasının agent olmağı ilə bağlı iqtidar təmsilçilərindən atmacalar atılırdı”


Məlum olduğu kimi Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində bu ölkənin baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət etdiyi üzə çıxıb. Xatırladaq ki, bir müddət öncə Paşinyan babasının fotoşəkilini dərc etdirərək həmin fotonu belə şərh edib: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”. Ermənistan KİV-ləri isə bundan sonra Böyük Vətən müharibəsi zamanı həlak olmuş və ya itkin düşən şəxslər haqqında məlumatların göstərildiyi “Obd-memorial.ru” saytında Paşinyanın təqdim etdiyi adam haqqında məlumatları axtarıb və həmin saytdan alınan cavab belə olub: Doğulduğu tarix - 23.12. 1913. Doğulduğu yer - Ermənistan SSR, Yenakavan. Taleyi - düşmənlə əməkdaşlıq edib, həlak olub. Ölüm tarixi - 29.09.1943. Saytda almanların uçot sənədi də dərc edilib. (“İRAVUNK” qəzeti). Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin saytında belə bir məlumat yer alıb ki, guya müharibədə Yenakavan kəndindən Nikol Paşinyan ad-soyadlı iki adam iştirak edib. Ermənistan KİV-ləri yazırlar: “Onlardan biri SS sıralarında, digəri SSRİ ordusunda xidmət edib, baş nazirin babası nasistlərin tərəfdarı olmayıb”. Maraqlıdır, Ermənistan cəmiyyəti bu ifşadan sonra bəzədilmiş məlumata inandımı? Ümumiyyətlə dəfələrlə nasist meyllərdə olan Ermənistan rəhbərlərinin bu ənənəsini davam etdirən Paşinyanın bu özünüifşası Ermənistanın imicinə hansı formada təsir edəcək?
Politoloq Tural İsmayılov “Palitra”ya verdiyi açıqlamada dedi ki, əslində baş verən bu hadisədə qeyri-adi heç nə yoxdur, işğalçı ölkənin təmsilçiləri keçmişdə necə olublarsa, indi də elədirlər: "Paşinyanın babasının faşizmə qulluq etməyi məsələsi ilk olaraq Ermənistan müxalifəti tərəfindən ortaya atıldı. Erməni mətbuatını izləyənlər yaxşı bilir ki, bu adama hələ parlamentdə Sarkisyana müxalif olan vaxtlarında da babasının agent olmağı ilə bağlı iqtidar təmsilçilərindən atmacalar atılırdı. Sonuncu dəfə bu fakt ortaya çıxandan sonra Paşinyan olaydan manipulyasiya edərək babası ilə fəxr etdiyini söylədi. Burada iki böyük siyasi maskarad baş verdi: 1-Paşinyan faşist ailəsindən gəlməyini gizlədə bilməyib hadisəni öz lehinə çevirmək istədi. 2-Ermənistan siyasi iqtidarında faşist nəvələrinin əyləşməsi başda Rusiya mediası olmaqla bir çox KİV platformalarında müzakirə mövzusuna çevrildi”.
Tural İsmayılov dedi ki, Qaregin Nijde kimi cəlladı milli qəhrəman kimi təbliğ edən, Melkonyan, Drastamat Kanayan kimi qaniçənləri öz uşaqlarına tədris edən siyasi şüurdan bundan artığını gözləmək olmaz: “Ermənistanın bütün dövlət idarəçilik atributları faşizmdən təşəkkül tapıb və neonasizm dalğasını təmsil edir. Armavirdə Nijde cəlladının heykəli ətrafındakı hoqqaları və son olaraq Paşinyanla bağlı bu fakt Ermənistanın idarəçilik modelinə ciddi zərbə saýılə bilər".

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info