“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”
Tarix: 12.05.2020 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Hökumətin səhv edib ehtiyacı olanlara kömək göndərmədiyi üçün azyaşlı uşaqları olan işsizlərin ailələri dövlət dəstəyindən məhrum qalıb. Kiminsə səhvi ucbatından minlərlə ailə bu gün ölkədə bir parça çörəyə möhtacdır”

Ermənistanın “Qolos Armenii” saytı hökumətin ictimai vəsaitlərin paylanmasında etdiyi səhvlərə görə, ölkədə sosial vəziyyətin hər gün aclıq iğtişaşlarına doğru bir addım daha yaxınlaşdığını yazır.
Sayt yaranmış şəraitdə hökumətin məsuliyyət yükünü vətəndaşların üzərinə atmağa çalışdığını da gizlətmir. Maraqlıdır ki, “yeni Ermənistan” hakimiyyətinin ictimai fəaliyyətini hər gün yeni tamaşaların nümayiş olunduğu bir teatra bənzədən sayt, istehza ilə Paşinyanı bu tamaşaların əsas ssenaristi kimi təqdim edir. Əksər erməni saytlarının təbirincə, əslində buna əsas da var. Məsələn, bu yaxınlarda hökumətin sosial yardım adı altında büdcədən ayırdığı təxminən 2 milyard dramın başqa məqsədlərə sərf olunduğu meydana çıxıb. Bunu qəribə tərzdə etiraf etmək məcburiyyətində qalan baş nazir Nikol Paşinyan da parlamentin kürsüsündən 2 milyardlıq dramdan pay alanlar arasında deputatların da olduğunu etiraf edərək, onların kasıb qonşularının kommunal borclarını ödəməyə çağırış edib. Baş nazir, hətta, açıq şəkildə, sosial dəstəyi olmayan şəxs və ailələrin anlaşılmazlıq, əslində isə, hökumətin günahı üzündən yardımdan kənar qaldıqlarını bildirmək məcburiyyətində qalıb. Qəribədir ki, Paşinyan sosial dəstəyə ehtiyacı olub bu dəstəyi almayanların yardım alanlardan kömək tələb etmələrini də dilə gətirib. Paşinyanın bu çağırışı, “qibtəediləsi“ çağırışdır. Maraqlıdır ki, baş verənlərə görə kənarda günahkar axtaran Paşinyan unudur ki, burada əsas günahkar özü başda olmaqla, onun rəhbərlik etdiyi hökumətdir. Bunu erməni saytı da etiraf edir: “Hökumətin səhv edib ehtiyacı olanlara kömək göndərmədiyi üçün azyaşlı uşaqları olan işsizlərin ailələri dövlət dəstəyindən məhrum qalıb. Kiminsə səhvi ucbatından minlərlə ailə bu gün ölkədə bir parça çörəyə möhtacdır. Bütün bu vəziyyətə görə isə cavab verən yoxdur“. Bu arada Ermənistanın Əmək və Sosial Müdafiə naziri Zaruhi Batoyan baş verən səhvləri texniki çatışmazlıqla əlaqələndirməyə çalışıb. Əslində, əmək nazirinin etirafının səmimiliyinə inanmayan erməni saytı yazır: “Ermənistan, hökumətin öz səhvləri səbəbindən ehtiyacı olanlara dəstək verməyən yeganə dövlətdir və parlamentin yüksək kürsüsündən baş nazir anlaşılmazlıq üzündən pul alan insanları rəzil gündə yaşayan qonşularının kommunal borclarını ödəməyə çağırıb”. Ölkədəki sosial vəziyyətin hər gün daha da çox sosial partlayış səviyyəsinə çatdığını etiraf edən sayt, baş nazirin ölkə parlamentində dövlət dəstəyinin ehtiyac olmayanlara getdiyini geniş bir təbəssümlə müzakirə etdiyinə təəccübünü gizlətmir.
Sayt yazır ki, bu gün ölkədə "icma həmrəylik" anlayışını tərtib edən Paşinyan sabah borc ödəmək üçün 20 min dramını əsirgəməyən deputatın qonşusu olmağın nə qədər yaxşı olduğu mövzusunda şeirlər də söyləyəcək: “Yeri gəlmişkən, yoxsulların borclarını ödəməkdən imtina edən zəngin qonşular meydana çıxarsa, bu halda nə etmək lazımdır? Bir halda ki, baş nazirin razılığı varsa, bu halda kasıb qonşular yığışıb özləri də onları mühakimə edə bilərlər..”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
05.05.2020
“Nikolun rəhbərlik etdiyi qrup hakimiyyətdə qalacağı təqdirdə, ölkədə vəziyyət daha da pisləşəcək”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info