Su polisi 40 min manatlıq oğurluq edən şəxsi tutub - VİDEO
Tarix: 13.05.2020 | Saat: 10:32:00 | E-mail | Çapa göndər



Paytaxtın Pirallahı rayon sakinlərindən daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, idarəyə rayon ərazisində qanunla nəzərdə tutulan qaydalar çərçivəsində balıqçılıqla məşğul olan vətəndaşlardan onlara məxsus qayıqların üzərində olan asma mühərriklərin naməlum şəraitdə oğurlandığı barədə müraciətlər edilib. Zərərçəkən şəxslər izahatlarında ümumi dəyəri 40 min manata yaxın olan 6 ədəd müxtəlif markalı mühərrikin oğurlandığını bildiriblər.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Şirinov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində bu ilin fevral ayından başlayaraq Gürgan və Zirə qəsəbələrində dəniz kənarında qayıqların mühərriklərini oğurladığını etiraf edib. Ümumilikdə isə Pərviz Şirinov cari ilin fevral-aprel ayları ərzində müxtəlif vaxtlarda 3 dəfə qeyd edilən qəsəbələrin dəniz sahilindən qayıqlardan asma mühərriklər oğurladığını bildirib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evin yardımçı təsərrüfatına baxış zamanı onun oğurladığı mühərriklər aşkar olunaraq maddi sübüt kimi götürülüb və sahiblərinə qaytarılıb. Zərərçəkən şəxslər həyata keçirilən operativ əməliyyat-axtarış tədbirlərinə və oğurlanan mühərriklərin tapılaraq onlara qaytarılmasına görə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Su Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə, həmçinin Xəzər dənizində qanun pozuntusuna yol verən şəxslərə qarşı mübarizə və əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Abşeronda it dişləyən 53 yaşlı kişi quduzluqdan ölüb
25.05.2020
Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu
25.05.2020
Cahangir Hacıyevin şikayəti üzrə məhkəmə prosesi başlayıb
24.05.2020
Mingəçevirdə avtomobil 13 nəfəri vurub, 4 uşağın vəziyyəti ağır və orta ağırdır - YENİLƏNİB
24.05.2020
İranda 5,2 maqnitudalı zəlzələ olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info