Gənclər Fondu gənclər təşkilatları ilə növbəti onlayn görüş keçirib
Tarix: 14.05.2020 | Saat: 11:00:00 | E-mail | Çapa göndər


13 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə gənclər təşkilatları ilə onlayn məsləhətləşmələr baş tutub. Görüşün məqsədi pandemiya dövründə gənclər təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, 14-cü qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirmə və icra mexanizmlərinin müzakirə edilməsi olub. Görüşdə 100-ə yaxın gənclər təşkilatının səlahiyyətli nümayəndəsi iştirak edib.
İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə gənclər təşkilatlarının da öz fəaliyyətlərini genişləndirməli və şaxələndirməli olduqlarını bildirib. Gənclər təşkilatlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini, koronavirusla mübarizə tədbirləri ilə bağlı maarifləndirici materialların gənclər arasında geniş yayılmasına dəstək olmaları tövsiyə olundu. Qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı kütləvi tədbirlərin təxirə salınmasını nəzərə alaraq, bu cür görüşlərin videobağlantı formatında davam etdirilməsi gənclərlə iş sahəsində fəaliyyətin fasiləsizliyinin təmin olunmasına şərait yaradır.
Fondun nümayəndələri gənclər təşkilatlarının təmsilçilərinin çoxsaylı sualları cavablandırıb, təklifləri dinləyib. Daha sonra görüş gənclər təşkilatlarının layihə müraciətlərinin pandemiya dövrünün tələblərinə uyğun olaraq yenidən baxılması, layihələrin adaptasiyası və sair mövzular ətrafında müzakirələrlə davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
3 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
4 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
5 Badımcan sırdağı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info