Ermənilərin səsi kəsiləcək: mötəbər mənbə tapıldı-VİDEO
Tarix: 14.05.2020 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Cümhuriyyət liderləri onunla erməniləri belə susdurub

Kürəkçay müqaviləsinin 215-ci ildönümündə Sosial Tədqiqatlar Mərkəzinin Baş məsləhətçisi, professor Əfqan Vəliyev tərəfindən nadir əlyazma əldə edilərək ictimaiyyətə təqdim edilib. Sözügedən tarixi toplu Rza qulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərinin Qarabağ tarixi barədə farsca yazılmış 123 səhifəlik əlyazmasıdır.

Müəllifin etiraf etdiyi kimi O, atası Mirzə Camalın “Qarabağ tarixi”ni xülasə edib

Professor bildirib ki, Rzaqulu bəy atasının yazdığı tarixə bir neçə dəyərli əlavələr etdiyindən izahları ilə birlikdə çap olunmasını məqsədəuyğun biliblər:
“Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı şəxsiyyətlərinə, adət-ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq”.

Qeyd edək ki, Azərbaycan xanlıqları içərisində Qarabağ xanlığı maddi və insan ehtiyatlarına, iqtisadi və hərbi qüdrətinə görə xüsusi yer tutur. Qarabağ xanlığının tarixini ayrıca və dərindən tədqiq edilməsi bədnam qonşularımız olan ermənilərin Qarabağın tarixini saxtalışdırmaq cəhdlərini boşa çıxarmaq, Qarabağ ərazisinin əzəldən Azərbaycan torpağı olduğunu sübut etmək üçün çox əhəmiyyətlidi.

İki çap vərəqindən də az olan bu əsər beş hissəyə bölünüb. Əsərin son hissəsində müəllif xanlıqda yaranmış vəziyyət nəticəsində Şuşada Pənahəli xanın qocalığından istifadə edən əyanların bütün idarə işlərini öz əllərinə alaraq iki düşmən dəstəyə bölündüyündən bəhs edir. Əsər 1805-ci il Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay dövrünə qədər əhatəli məlumat da yer alır.

Əlyazma 1912-ci ildə təkrarən üz köçürülmə ilə yenilənib və 1919-cu ildə Azərbaycan Cumhuriyyətinin rəhbərləri əlyazmadan daşnaklarla görüşlərdə etibarlı mənbə kimi istifadə edib və mənbə etibarlılıq dərəcəsinə görə bütün erməni iddialarını təkzib etməyə tamamilə yararlı olub. Mənbə həm də Qarabağda erməniləşmə prosesini göstərən ən ciddi sənədlər toplusu hesab olunur.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
3 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
4 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
5 Badımcan sırdağı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info