“Koronavirus pandemiyasının da çarəsi tapılacaq“
Tarix: 14.05.2020 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Pandemiya xəstəliyi özünəməxsus fəsadları ilə bərabər, insanların psixologiyasına da mənfi təsir göstərir. Dünya tibb elminin bu virus qarşısında aciz qalması və xəstəliyin dərmanının tapılmaması vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Amma düşünürəm ki, bundan əvvəlki dövrlərdə olduğu kimi, koronavirus pandemiyasının da çarəsi tapılacaq. Çünki bu, bütün bəşəriyyəti narahat edən məsələdir.
Bu fikirləri Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.
Tibb elmləri doktoru diqqətə çatdırıb ki, müəyyən qrup insanlar xəstəliyin ciddiliyini, mahiyyətini anlamayaraq, qeyri-sağlam düşüncə ilə cəmiyyəti çaşdırır, məntiqə sığmayan şayiələr yayırlar. Tarixdən də bəlli olduğu kimi, yoluxucu xəstəliklərin birinci, ikinci və hətta üçüncü dalğasının olması mümkündür. Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər görməklə pandemiya ilə mübarizədə indiyədək uğurlu yol qət edib. Verilən düzgün qərarlar, atılan qətiyyətli addımlar və mərkəzləşdirilmiş idarəetmə, eləcə də cəmiyyətin bu proseslərə müsbət reaksiyası bizə ağır fəsadlardan və itkilərdən yayınmağa imkan verdi. Amma karantin qaydaları yumşaldıldıqdan sonra insanlarda bir qədər arxayınlıq yaranıb. Buna qətiyyən yol vermək olmaz. Belə bir çətin dövrdə məsuliyyətsiz və laqeyd olmağa haqqımız yoxdur. Dövlətimizin başçısı da qeyd etdiyi kimi, vəziyyəti düzgün qiymətləndirmək lazımdır.

Deputat bildirib ki, heç bir dövlət və ölkə karantin rejiminin müddətini uzatmaqda və ya onu sərtləşdirməkdə maraqlı deyil. İqtisadiyyatın inkişafı və dayanıqlılığı üçün iş yerlərinin yenidən açılması, ticarət dövriyyəsinin artması çox mühümdür. Heç bir dövlət iqtisadiyyatının inkişafının dayanmasında maraqlı deyil. Burada əsas məqsəd vətəndaşların sağlamlığının qorunması və pandemiyanın fəsadlarının aradan qaldırılmasına xidmət edir.

Hər bir vətəndaş anlamalıdır ki, o, dövlətin koronavirusa qarşı mübarizədə gördüyü işlərə kölgə salmamalı, əksinə, onu nümunəvi davranışı ilə dəstəkləməlidir. Qeyd etməliyik ki, Azərbaycanın xəstəliklə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilib və ölkəmizin təcrübəsi digər dövlətlərə nümunə göstərilir.

Səhiyyə komitəsinin sədr müavini vurğulayıb ki, Prezidenti İlham Əliyev hər çıxışında, hər müraciətində vətəndaşları diqqətli, məsuliyyətli olmağa çağırır. Dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının taleyi üçün narahatdır. İnsanlar pandemiyanın nə qədər ciddi olduğunu dərindən anlamalıdır.

“Hazırda ölkəmiz aparılan hər 200 testdən 1 faiz yoluxma ilə öz uğur hekayəsini yazmaqdadır. Bu, faktdır. Digər ölkələrdə ölüm sayının gündən-günə artdığı halda, ölkəmizdə bu rəqəmin cüzi olması bunu bir daha sübut edir. Bu, xəstəlikdən minimum itki ilə çıxmaq deməkdir, bu, böyük nəticədir.
Son dərəcə həssas və diqqətli olmalıyıq. Evdən çıxarkən qaydalara və qanunlara riayət etmək və başqalarına problem yaratmamaq lazımdır.
Həyatımızın normal axara düşməsini hamımız arzulayırıq. Buna töhfəmizi verməliyik. İndiki şəraitdə pandemiyanın bizim üçün yaratdığı həyat normasına uyğunlaşmağa məcburuq. Bununla biz həm də gələcəyimizi təmin etmiş oluruq”, - deyə Rəşad Mahmudov fikrini yekunlaşdırıb.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info