Nağıl müsabiqəsi yekunlaşdı
Tarix: 13.05.2020 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılıq etdiyi nağıl müsabiqəsinə əsər qəbulu başa çatıb. Dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə özünəməxsus töhfələr verməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da azyaşlılara bağlı nağıl müsabiqəsi keçirirdi. Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyası, Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi və Kulis. Az saytının təşkilatçılığı ilə "Sənə nağıl danışım" adlı bu müsabiqə 7-13 yaş arası uşaqları əhatə edirdi. Uşaqların evdəki vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam etdi. Uşaqların böyük marağına səbəb olan müsabiqəyə 400-ə yaxın nağıl təqdim olunub. Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti hazırda nümunələri oxuyub dəyərləndirirlər. Ümumilikdə 10 nağıl müəllifinin seçiləcəyi müsabiqənin şərtinə görə ilk iki yerin sahibini münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq. Həmçinin ilk üçlükdə yer alan nağıllar əsasında tamaşa da hazırlanacaq. Belə ki, "Oyuq" teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək bu tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdirilməklə teatrsevərlərin ixtiyarına veriləcək. Sonda onu da qeyd edək ki, müsabiqənin ilkin nəticələri mayın sonunadək elan olunacaq.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info