“Azərbaycan beynəlxalq həmrəyliyin möhkəmlənməsinə böyük töhfə verir”
Tarix: 14.05.2020 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Aslan Mehdiyev: “İslahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizə və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir”

“Karantin rejiminin tətbiqi, tibb işçilərinin əməkhaqlarının artırılması, işsiz və aztəminatlı ailələrə 190 manat məbləğində birdəfəlik ödənişin, habelə ərzaq yardımlarının edilməsi, tələbələrin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi, eləcə də, yaşı 65-dən yuxarı olan vətəndaşlara qayğı bir daha göstrədi ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır”

Hazırda koronavirus pandemiyası bütün dünyanın rahatlığını pozub. Bütün dövlətlər üçün prioritet məsələ koronavirusa qarşı mübarizə aparmaqdır. Azərbaycan da bu baxımdan digər ölkələrdən daha çevik addımlar atdı. Sevindirici haldır ki, bu gün dövlətimizin koronaviruslara mübarizə strategiyası öz müsbət nəticələrini verir. Sumqayıtda “Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyev bu haqda danışarkən koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın nümunəvi yanaşma göstərdiyini qeyd edib: "Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcəkdir, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaqdır. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir".
Bu istiqamətdə görülən işlər ölkə ictimaiyyəti tərəfindən də təqdir olunur. Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev deyib ki, sürətlə inkişaf edən və dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir: “Xüsusilə, son aylarda dünyada tüğyan edən koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır. Hazırda inkişaf etmiş ölkələrdə pandemiyadan gündəlik minlərlə insan itkisi qeydə alınsa da, Prezidentin müdrikliyi, hadisələri zamanında düzgün qiymətləndirməyi və atdığı qabaqlayıcı addımlar sayəsində Azərbaycan xalqı bu ümumbəşəri bəladan ən az yoluxma və itkilərlə çıxacaq. Karantin rejiminin tətbiqi, tibb işçilərinin əməkhaqlarının artırılması, işsiz və aztəminatlı ailələrə 190 manat məbləğində birdəfəlik ödənişin, habelə ərzaq yardımlarının edilməsi, tələbələrin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi, eləcə də, yaşı 65-dən yuxarı olan vətəndaşlara qayğı bir daha göstrədi ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır”.
Aslan Mehdiyev bildirib ki, dünyada bir kabusa çevrilən COVID-19 pandemiyası dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən onlayn Zirvə görüşü də ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdi: “Dünyanın qorxu və təlaş içində olduğu bir zamanda, dövlət başçısı İlham Əliyevin xalqımıza arxa duraraq, göstərdiyi uzaqgörənlik, yüksək idarəçilik qabiliyyəti və apardığı düzgün kadr islahatları xalqın böyük rəğbətini qazandı. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur. Öz xalqına daim sahib çıxan, onun sağlamlığını, rifahını hər şeydən üstün tutan Azərbaycan Prezidentinin bu addımları xalq tərəfindən alqışlanır və dəstəklənir".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info