“Barcelona“dan Neymar açıqlaması
Tarix: 14.05.2020 | Saat: 21:45:00 | E-mail | Çapa göndər



"Barcelona" PSG-nin futbolçusu Neymarı almaq fikrində deyil.
Goal.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidentinin müşaviri Karles Rekraç COPE radiosuna açıqlamasında bildirib.
O deyib ki, mövcud vəziyyəti nəzərə alaraq, 28 yaşlı braziliyalı hücumçunun geri qayıtması mümkün deyil: "Neymar klubumuzun onun üçün hansı rolu oynadığını başa düşdü. Bizim komandada qol vursaydı, xəbər bütün dünyaya yayılardı. Parisdə isə onun qolları az nəzərə çarpır".
Daha öncə İspaniya mətbuatı bildirib ki, Neymar "Barcelona"ya keçmək üçün PSG-nin yeni müqavilə təklifini rədd edib. Paris klubu onun məvacibini 50 faiz artıraraq 36,8 milyon avroya yüksəltməyi hədəfləyib. İspaniya klubu isə oyunçuya 20 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Neymar "Barcelona"dan PSG-yə 2017-ci ilin avqustunda rekord məbləğə - 222 milyon avroya keçib. 27 yaşlı hücumçu Paris təmsilçisinin heyətində 80 matç keçirib və 69 qol vurub, habelə 39 məhsuldar ötürmə edib. Forvardın PSG ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Bundesliqa tarixində yeni gənc bombardir
30.05.2020
ÇL-in finalı İstanbuldan alınır Sensasion iddia
30.05.2020
Messi, Suares və Ramos eyni klipdə - VIDEO
29.05.2020
“Messi “Barcelona“nı tərk etməklə bağlı qərar versə...“
29.05.2020
“Real Madrid“ 4 futbolçusu ilə vidalaşır...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
2 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
3 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
4 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
5 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info