Beynəlxalq layihə: Azərbaycan xalq mahnısı yeni aranjimanda
Tarix: 15.05.2020 | Saat: 13:16:00 | E-mail | Çapa göndər



Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə ərsəyə gələn yeni beynəlxalq layihə Azərbaycan xalq mahnısının yeni aranjimanda tanınmış musiqiçilər tərəfindən təqdimatından ibarətdir.


İdarədən AZƏRTAC-a bildirilib ki, layihədə 11 yaşlı azərbaycanlı gənc istedad, “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülmüş, Bülbül adına orta ixtisas musiqi məktəbinin “Klassik fortepiano və bəstəkarlıq” sinfinin şagirdi Məhəmməd Allahverdiyev tanınmış caz ifaçıları - Əməkdar artist, bas-gitara ifaçısı Ruslan Hüseynov və Danimarkadan olan zərb alətləri ifaçısı Deodato Siquirlə bərabər “Gül açdı” Azərbaycan xalq mahnısını ifa edib.

“Səs uşaqlar 2020” yarışmasının iştirakçısı Məhəmməd Allahverdiyev instrumental əsərlərin müəllifidir. Uşaqlıqdan caz musiqisinə böyük maraq göstərib, xüsusilə görkəmli bəstəkar Vaqif Mustafazadənin musiqisinin vurğunudur. “Yağış” və “Payız” əsərlərinə klip çəkdirib. 2019-cu ildə XIV Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində keçirilən “I am Jazzman” Gənc Caz İfaçıları Beynəlxalq Müsabiqəsində 14 yaşına çatmadığına görə müsabiqədənkənar iştirak etsə də, istedadı sayəsində xüsusi priz və diploma, həmçinin “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülərək bu il Böyük Britaniya və Danimarkada keçiriləcək Caz Festivala dəvət alıb.
Yeni layihəni Baş İdarənin rəsmi “YouTube” kanalından izləmək olar.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
27.05.2020
Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
27.05.2020
Rok-n-roll və caz janrındakı kompozisiyaları ifa edib hamını şoka saldı
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
2 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
3 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
4 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
5 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info