Holifild Taysonla döyüşməyə hazırdır
Tarix: 15.05.2020 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Son günlər dünyanın idman ictimaiyyəti Evander Holifildlə Mayk Taysonun yenidən döyüşmək ehtimalını müzakirə edir. Belə ki, hər iki boksçu pandemiya ilə mübarizədə xeyriyyə məqsədi ilə rinqə çıxmaq fikrindədir. Bununla bağlı tərəflərin konkret razılığı olmasa da,onlar etiraz da etməyiblər.
Mayk Taysonla Evander Holifild arasında döyüş təşkil olunsa, bu bəlkə də 2020-ci ilin ən böyük idman hadisəsi olacaq. Futbol üzrə Avropa çempionatı və Olimpiadanın təxirəsalındığı bir mövsümdə bu tədbir azarkeşlər üçün əsl idman bayramı ola bilər.Artıq hər iki boksçu mətbuata açıqlamasında belə bir görüşün əleyhinə olmadığını söyləyib. Ağır çəkidə sabiq dünya çempionu Evander Holifild bu günlərdə Amerika mətbuatına müsahibəsində ehtimal olunan döyüş haqda fikirlərini bölüşüb: “Bu görüşün baş tutması üçün əlimdən gələni etməyə hazıram. Bəli, mən Taysonla qarşılaşmaq istəyirəm. 57 yaşda da bu missisyanın öhdəsindən gələ bilərəm.Maykı məğlub etmək gücündəyəm. Söhbət bu döyüşdə heç də kimin qalib gələcəyindən getmir. Biz sadəcə insanlara dövrün ən dahi boksçuları olduğumuzu göstərmək istəyirik. Mən yaxşı anlayıram ki, Mayk da indi çoxlu təklif alır. Bizim ikimiz də eyni vaxtda karyeramızı bərpa etmək istəyimizi bildirmişik.Güman edirəm ki, boks həvəskarları məhz bizim aramızdakı döyüşü arzulayır”.Xatırladaq ki, bu iki boksçu 1996 və 1997-ci illərdə qarşılaşmışdı. Hər iki döyüşdə Holifild qalib gəlmişdi. Əvvəlcə Evander rəqibini nokautla məğlub etmişdi. İkinci görüşdə isə Tayson onun qulağını dişlədiyindən diskvalifikasiya olunmuş və nəticəsdə qəlıəbə Holifildə verilmişdi.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Bundesliqa tarixində yeni gənc bombardir
30.05.2020
ÇL-in finalı İstanbuldan alınır Sensasion iddia
30.05.2020
Messi, Suares və Ramos eyni klipdə - VIDEO
29.05.2020
“Messi “Barcelona“nı tərk etməklə bağlı qərar versə...“
29.05.2020
“Real Madrid“ 4 futbolçusu ilə vidalaşır...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
2 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
3 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
4 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
5 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info