İnsanlar evdə oturduqları bir dövrdə travmaların da sayı azalıb
Tarix: 15.05.2020 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Müseyib Əhmədov: “Təəssüf ki, xəstələr adətən diz və bud-çanaq oynaqlarında 3-cü və ya 4-cü dərəcəli artroz şikayətləri ilə müraciət edirlər. Bunlar xəstəliyin gecikmiş formaları sayılır“

Travmatologiya və ortopediya tibbin aktual sahələrindən biri olub, dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə ilk növbədə, oynaq artrozları, dayaq-hərəkət aparatının travmaları, vətər kəsilmələri, onurğa sütununun xəstəlikləri, periferik sinirlərin travmatik zədələnmələri və müxtəlif ortopedik patologiyalar aiddir.
Travmatologiya və ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində ən sürətlə irəliləyən, dəyişən, əhatəsini genişləndirən sahələrdən birinə çevrilib. Hazırda Azərbaycanın tibb müəssisələri dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik yüksəkixtisaslı həkimləri ilə əhalinin xidmətindədir.
Əsasən yol qəzaları, yüksəklikdən yıxılma və istehsalat qəzaları ilə bağlı müraciət edən xəstələrin sayı daha çox olur. Düzdür, hazırda pandemiya dövrü ilə əlaqədar travmatoloji xəstəliklərin sayında bir qədər azalma var. Belə ki, karantin rejimi qaydalarına uyğun olaraq insanlar vaxtını daha çox evdə keçirir. Buna baxmayaraq, artroz xəstələrini maraqlandıran çoxlu suallar vardır. Bunu nəzərə alıb suallarımızı Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Müseyib Əhmədova ünvanladıq.
-Həkim, artroz xəstəliyini ilkin dövrdə müalicə etməklə qarşısını almaq olarmı?
-Statistikaya əsasən son dövrlərdə artroz xəstələrinin sayı artıb. Bunların arasında əsasən diz-oynaq, bud-çanaq oynağı artrozu xəstəlikləri yer alır. Təəssüf ki, xəstələr adətən diz və bud-çanaq oynaqlarında 3-cü və ya 4-cü dərəcəli artroz şikayətləri ilə müraciət edirlər. Bunlar xəstəliyin gecikmiş formaları sayılır. Bu cür artrozlu xəstələrdə biz məcburən oynaqların süni protezləşməsi olan endoprotez əməliyyatını seçirik. Belə xəstələrə tövsiyəmiz ondan ibarətdir ki, ağrıların ilk əlamətini hiss edərkən həkimə müraciət etsinlər. Belə olduğu təqdirdə əməliyyata da ehtiyac qalmır. Başqa sözlə desək, vaxtında aparılmış profilaktika xəstəliyin irəliləməsinin qarşısını ala və sümük sağlamlığını uzun müddət qoruya bilər.
Ortopediyaya aid bir çox xəstəlikləri innovasiya texnologiyalarından istifadə etməklə aradan qaldırmaq olar. Sümüklərin sınması zamanı hazırda intramedulyar ştiftlər və metal lövhələrin vasitəsi ilə azinvaziv osteosintez metodlardan istifadə edilərsə, pasiyentlər qısa müddətdə müalicə olunur. Xəstə tez bir zamanda aktiv həyata qayıdır. Burada fəsadlar riski çox minimaldır. Kosmetik effekt isə əladır. Ortopedik xəstəliklərin inqilabi metodlarından biri oynaqların endoprotezləşdirilməsidir. Bu, hətta müalicədən qabaq sərbəst yeriyə, hərəkət edə bilməyən yaşlı insanlara belə tam yaşamaq sevinci bəxş edir.
- Mərkəzi Gömrük Hospitalında travmatoloji və ortopedik xəstəliklərlə bağlı hansı cərrahi əməliyyatlar yerinə yetirilir?
-Hospitalda travmatoloji və ortopedik xəstəliklərlə bağlı bütün cərrahiyyə əməliyyatları icra edilir. Ən əsası isə xəstələr əməliyyatdan öncə və sonra reabilitasiya proqramına qoşulur və onların fizioterapiya üzrə müalicələri aparılır.
-İndiki dövrdə, koronavirus pandemiyası ilə əlaqədar sizə müraciətlərin sayı azalıbmı?
-Bəli, COVİD-19 pandemiyası davam etdikcə, məktəblərin və uşaq bağçalarının bağlandığı, insanlar evdə oturduqları bir dövrdə travmaların da sayı azalıb. Belə ki, uşaqlar evdən çıxmır, velosiped və diyircəkli baysikllərdən yıxılma, idman oyunları zamanı zədə almalar olmur. Eləcə də, karantin rejimində küçələrdə avtomobillərin azalması yol-nəqliyyat qəzalarının da bir qədər qarşısını alıb.
-Sonda izləyicilərimizə hansı məsləhətləri vermək istərdiniz?
-Koronavirus pandemiyası dövrü hələ bitməyib və bu xəstəliyin tam aradan qaldırılması müddəti də məlum deyil. İnsanların zərurət olmadan evdən çıxmaması ilə əlaqədar olaraq, evdə qaldıqda da, hərəkətsiz qalmasınlar, yüngül idman hərəkətləri etsinlər, yəni hərəkətin məhdud olduğu bir şəraitdə hərəkətsiz qalmasınlar. Evin havasını tez-tez dəyişib idman məşğələlərini icra etsinlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”
19.05.2020
“Koronavirusla mübarizə birliyimizi göstərən əsaslı nümunədir”
14.05.2020
“Azərbaycan pandemiyaya qarşı qlobal mübarizəyə böyük töhfə verir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info