Naxçıvanda iftar yeməkləri paylanıb
Tarix: 15.05.2020 | Saat: 21:44:00 | E-mail | Çapa göndər



Müqəddəs kitabımız “Qurani-Kərim”in insanlara çatdırılması, əmin-amanlıq və mərhəmət duyğularının təlqin edilməsi, həmrəylik, birlik Ramazan ayının ən ali fəzilətlərindəndir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ramazan ayı dünya xalqlarının mənəviyyatı tarixinə böyük təsir göstərmiş mübarək aylardan biridir. Sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar edilməsinə dəvət edən İslam dininin bu müqəddəs ayında müsəlmanlar humanist prinsiplərin təntənəsi naminə hər cür sınaqlara sinə gərmək qabiliyyətlərini nümayiş etdirirlər”.


AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada Ramazan ayı və orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Pandemiya dövründə kütləvi iftar mərasimlərinin yerinə, iftar yeməklərinin paylanması həm mənəvi dəyərlərimizin yaşadılmasına, həm də sağlamlığımızın qorunmasına xidmət edir.
Mayın 15-də müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara və məscid əhlinə, eləcə də ali təhsil müəssisələrində təhsil alan tələbələrə, hərbi hospitalda müalicə alan xəstələrə, muxtar respublikada işləyən xarici ölkə vətəndaşlarına və sosial qayğıya ehtiyacı olanlara iftar yeməkləri paylanıb.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq”
01.06.2020
Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər
01.06.2020
Hər uşaq öz yaş dövrünə uyğun hüquqlarına bələd olmalı və istismardan qorunmalıdır
01.06.2020
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üzrə müraciətlərə başlanılır
31.05.2020
190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi təklif edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info