Sənət fədaisi-70
Tarix: 15.05.2020 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Ömrünün yarım əsrdən çoxunu milli teatrımıza, səhnəyə həsr edən məşhur gülüş ustası, Respublikanın Xalq artisti, Prezident təqaüdçusu Arif Quliyevin 70 yaşı tamam olur.
Yubileyi münasibətilə onu tanınmış rejissor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev başda olmaqla, Akademik Musiqili Teatrın bütün əməkdaşları təbrik edib.
"Arif Quliyev bizim üçün − xalqımız üçün doğma insandır. O, uzun illər Akademik Musiqili Teatrın səhnəsində bir-birindən gözəl rolları ilə, duzlu-məzəli yumorları ilə tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib.
Sənət fədaisi təkcə Musiqili Teatrın səhnəsində deyil, ölkəmizin müxtəlif teatrlarında da çalışıb, onlarla bədii və televiziya filmlərinə çəkilib. Televiziya tamaşalarının əsas qəhrəmanı olub. Özünəməxsus, təkrarsız yaradıcılıq yolu ilə çoxlarını sənətin cazibəsinə cəlb edib, hamı tərəfindən sevilib və rəğbətlə qarşılanıb. Həmişə sadəliyi və səmimiliyi ilə sevilən aktyor ölkəmizin ucqar bölgələrində zəhmətkeş insanlarla, hərbi hissələrimizdəki, cəbhə xəttindəki əsgərlərimizlə görüşləri ilə hər zaman xalqa daha da yaxın olduğunu sübut edib. Biz də hər zaman belə görüşlərin şahidi olmuşuq... Çox təəssüf edirəm ki, Arif müəllimin yubileyi planeti lərzəyə salan pandemiya dönəminə düşdü. İnanıram ki, tezliklə bu bəla dünyanın, eləcə də ölkəmizin başı üzərindən​ çəkiləcək və teatrlar öz fəaliyyətini bərpa edəcək. Yəqin ki, onda böyük gülüş ustasının 70 illik yubileyi də yüksək səviyyədə qeyd olunacaq.
Fürsətdən istifadə edib, sevimli aktyorumuzu kollektivimiz adından təbrik edirəm, can sağlığı, uzun ömür, bundan sonra da gülüş dolu gözəl həyat arzulayıram", − deyə Əliqismət Lalayev bildirdi.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info