Ermənistanın hökumət başçısı tarixi faktları məqsədyönlü şəkildə təhrif edib
Tarix: 16.05.2020 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün keçirdiyi videokonfransda Azərbaycanda faşizmin qəhrəmanlaşdırılmasına dair səsləndirdiyi ittihamları şərh edib.

Trend-in məlumatına görə, F.Şəfiyevin şərhində deyilir:
"Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 16-da keçirdiyi onlayn konfrans zamanı faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Azərbaycanın ünvanına əks ittihamlar irəli sürüb. Bu saxta nitqlə bağlı aşağıdakıları qeyd etmək zəruridir:
- İkinci Dünya müharibəsi zamanı ermənilər SSRİ-nin digər xalqları ilə birlikdə faşizm əleyhinə mübarizədə iştirak ediblər. Bu, məsələnin digər tərəfidir və Ermənistan Azərbaycanı bu faktı təkzib etməkdə ittiham etməyə çalışır. Bu, qətiyyən düz deyil.
- Azərbaycan rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev Ermənistanda faşistlərin ortağı Qaregin Njdenin qəhrəmanlaşdırılması fikirləri ilə çıxış edib. Bu danılmaz faktdır. Yerevanda onun şərəfinə abidə ucaldılıb.
- Bu məsələ ilə bağlı problem əslində daha dərindir- Q.Njde erməni xalqının ali irq olması ideyasını irəli sürürdü və bu ideya nasizm ideyaları ilə uzlaşır. Onun 1930-cu ildə hazırladığı “tsexakronizm” konsepsiyası irqçilik nəzəriyyəsindən çıxış edir. Oxşar ideologiya müasir Ermənistanda da kök atıb və bu, ərazi genişləndirmə siyasəti, türklərə, azərbaycanlılara qarşı fobiya, erməni xalqının ali irq olması və 3 dənizin ortasında “Böyük Ermənistan” ideyalarının bir hissəsidir.
- Nikol Paşinyan Azərbaycan Cümhuriyyətinin (1918-1920) ideoloji rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə istinad edərək onun nasistlərlə əməkdaşlıqda ittiham edib və onun Azərbaycanda qəhrəmanlaşdırıldığını bildirib. Burada Ermənistanın hökumət başçısı tarixi faktları məqsədyönlü şəkildə təhrif edib. Məhəmməd Əmin Rəsulzadə İkinci Dünya Müharibəsi zamanı SSRİ-dəki respublikaların mühacirətdə olan digər dövlət xadimləri kimi həqiqətən də Almaniyaya səfər edib, lakin nəticə etibarı ilə nasistlərlə əməkdaşlıqdan imtina edib. Bu, kifayət qədər bilinən faktdır.
- O ki qaldı nasist Almaniyası tərəfdən döyüşən şəxslərlə, Azərbaycanda onlara abidə qoyulmur və qəhrəmanlaşdırılmır.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info