Samirə Əfəndi “Eurovision 2020“ mahnı şousunda iştirak etdi
Tarix: 17.05.2020 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Samirə Əfəndi "Kleopatra" adlı mahnısı ilə 65-ci Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin "Eurovision: Europe Shine A Light" xüsusi onlayn şousunda iştirak edib.
Trend-in məlumatına görə, onlayn şou əvvəlcədən planlaşdırılan "Avroviziya 2020" finalının əvəzinə yayımlanıb.
Şou 46 ölkədə, o cümlədən "Avroviziya" mahnı müsabiqəsinin milli yayımçısı olan İctimai Televiziyada (İTV) canlı yayımlanıb. Şərhçi məşhur ifaçı, bəstəkar, teleaparıcı və şoumen Murad Arifdir.
Qeyd edək ki, Samirə Əfəndinin "Kleopatra" mahnısına çəkilmiş videoklipi Youtube-dakı müsabiqənin rəsmi kanalında 4,6 milyon baxış toplayıb. Bir neçə gün əvvəl müğənni İnstaqram səhifəsində bu mahnının akustik versiyasını təqdim edib.
Xatırladaq ki, martın 18-də "Avroviziya 2020"nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi. Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər. Samirə Əfəndi ölkəmizi "Eurovision 2021"də də təmsil edəcək.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info