Şәrq ölkәlәrindә ‘‘Covid-19’’la bağlı son vәziyyәt
Tarix: 17.05.2020 | Saat: 10:33:00 | E-mail | Çapa göndər



İraq Kürd Regional Rәhbәrliyin Sәhiyyә Nazirliyi gün әrzindә yeni növ koronavirusa yoluxanın olmadığını açıqlayıb.


Yeni növ koronavirusdan indiyәdәk hәyatını itirәnlәrin sayı 311 mini keçib. Mәlumata görә, virusa yoluxanların ümumi sayı 4 milyon 700 mini, sağalanların sayı da 1 milyon 800 mini ötüb.

İraq Kürd Regional Rәhbәrliyin Sәhiyyә Nazirliyi gün әrzindә yeni növ koronavirusa yoluxanın olmadığını açıqlayıb. Bölgәdә virus sәbәbindәn indiyәdәk beş nәfәr hәyatını itirib.
Liviyada yeni növ koronavirusdan vәfat edәnlәrin sayı 3-ә, infeksiyaya yoluxanların sayı da 64-ә yüksәlib. Liviya Milli Xәstәliklәrlә Mübarizә İdarәsi yeni növ koronavirus epidemiyasının yayılma sürәtini müәyyәnlәşdirmәk üçün tәdqiqat aparılacağını deyib.
Әlcәzairdә koronavirus qurbanlarının sayı 536-ya, infeksiyaya yoluxanların sayı da 6 min 629-za yüksәlib.
Sәudiyyә Әrәbistanında yeni növ koronavirusdan ölәnlәrin sayı 302-yә, Küveytdә 107-yә, Qәtәrdә 15-ә yüksәlib.
Bәhreyndә epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 10-na, infeksiyaya yoluxanların sayı da 6 min 654-ә yüksәlib. Bu barәdә ölkәnin Sәhiyyә Nazirliyi mәlumat yayıb.
Yәmәn hökumәtinin nәzarәtindәki bölgәlәrdә epidemiya qurbanlarının sayı 15-ә, infeksiyaya yoluxanların sayı da 106-ya çatıb. Ölkәnin dırnaqarası Husi rәhbәrliyinin sәhiyyә naziri Taha әl-Mutevekkil isә ölkәdә infeksiyaya yoluxanların sayının dördә yüksәldiyini deyib.
Hindistanın nәzarәtindәki Cammu Kәşmirdә epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 12-yә, infeksiyaya yoluxanların sayı da 1121-ә yüksәlib.
Nepalda yeni növ koronavirus epidemiyasından ilk ölüm faktı qeydә alınıb. Paytaxt Katmandudakı xәstәxanaların birindә müalicә olunan 29 yaşlı qadının epidemiya nәticәsindә hәyatını itirdiyi bildirilib. Ölkәdә infeksiyaya yoluxanların sayı 281-ә yüksәlib.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Türksat 5A“ peyki 2020-ci ilin son rübündə orbitə buraxılacaq
03.06.2020
Mәsciddә terror aktı törәdilib, ölәnlәr var
03.06.2020
İran Aİ ölkələrini ABŞ-da keçirilən nümayişlərə qarşı səssiz qalmaqda günahlandırıb
03.06.2020
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
03.06.2020
ABŞ-da etiraz aksiyaları davam edir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info