Bəşəriyyət üçün çətin bir dövrdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram
Tarix: 17.05.2020 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Gənc müəllim Prezidentə yazır

Bəşəriyyət üçün çətin bir dövrdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram.
Palitranews.az-ın məlumatına görə, bunu Gəncə şəhər 1 saylı orta məktəbin ingilis dili müəllimi Günay Abbasova Prezident İlham Əliyevə ünvanladığı məktubda deyir.
Gənc müəllim dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir:
"Hörmətli cənab Prezident, Sizi Gəncə şəhər 1 saylı orta məktəbin ingilis dili müəllimi olaraq salamlayır və Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Hazırda tətbiq edilən xüsusi karantin rejimi müddətində Sizin tövsiyələrinizə uyğun olaraq evdə qalmağa davam edirik. Koronavirusla əlaqədar məktəblərimiz müvəqqəti bağlandığı üçün dərsləri də onlayn formatda keçirik. Məqsədimiz isə şagirdlərimizin evdə qaldıqları müddətdə dərslərindən geri qalmamalarıdır.

Möhtərəm cənab Prezident, COVID-19 pandemiyasının dünyanın bir sıra ölkələrində bəşəriyyət üçün necə fəlakətli nəticələr törətdiyinin şahidiyik. Buna rəğmən, Sizin uzaqgörən qərarlarınızla vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısı alınmaqdadır. Siz bu çətin günlərdə xalqımızın sağlamlığını qorumaqla bərabər, virusa yoluxmuş vətəndaşlarımızın müalicəsi və tez bir zamanda sağalması istiqamətində də çox böyük işlər görürsünüz. Gördüyünüz bu misilsiz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiya dövründə yorulmaz fəaliyyətinizlə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz Azərbaycan kimi gözəl bir ölkədə yaşamağımızla fəxr edir və Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik. Bəşəriyyət üçün çətin bir dövrdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram".




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info