Tarixi abidə ərazisində tikinti işləri dayandırıldı
Tarix: 18.05.2020 | Saat: 10:33:00 | E-mail | Çapa göndər


Qobustan rayonu Sündü kəndi ərazisində Qafqaz Albaniyasına aid mədəniyyət nümunələrinin aşkarlandığı ərazidə aparılan tikinti işləri dayandırılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, mayın 10-da instituta Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisindəki yeni orta məktəbin tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə İnstitutun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev rayona ezam edilib və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilib.
Əraziyə baxış keçirərkən müəyyən edilib ki, ərazidə antik dövrə aid nekropol mövcud olub:
"Əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olmuşdu və ümumilikdə, nekropol Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aiddir. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılmış, mədəni təbəqə qarışmışdır. Təəssüflər olsun ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmamış və tikinti işləri zamanı abidənin çox hissəsi dağıdılmışdır. Tikinti rəhbərliyi Mədəniyyət Nazirliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə əlaqə saxlayaraq, ərazidə tədqiqat işlərinin aparılmasına qədər bütün tikinti işlərinin dayandırıldığını və bu işlərin arxeoloji araşdırmalardan sonra davam etdiriləcəyini bildirib".
İnstitutdan bildirilib ki, əldə edilmiş razılığa əsasən yaxın vaxtlarda qeyd edilən ərazidə kəşfiyyat işləri başlanacaq, abidənin sərhədləri müəyyən ediləcək və Mədəniyyət Nazirliyi tətəfindən qeydiyyata alınacaq. Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info