“Wikipedia”da Laçın haqqında özbək dilində bölmə istifadəyə verildi
Tarix: 18.05.2020 | Saat: 12:46:00 | E-mail | Çapa göndər



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycanın dilbər guşəsi, qədim yaşayış məskənlərindən biri olan Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib.
Mərkəzin Vikipediya heyəti tərəfindən yaradılmış bölmədə Laçının Azərbaycan təbiətinin möcüzəsi, Laçın rayonunun tarixi, maddi mədəni irsi, tarixi, memarlıq abidələri, muzeyləri, rayonun tanınmış şəxsiyyətləri, rayon haqqında mənbələr və s. məlumatlar öz əksini tapıb.
Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri ilə məşhur olan Azərbaycanın bu füsunkar diyarının adını ilk dəfə olaraq tanınmış yazıçı, pedaqoq Tağı Şahbazi Simurğ seçmiş və adlandırmışdır.
Rayonun Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddiası və hərbi təcavüzünün nəticəsi olaraq 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğu qeyd olunur. Səhifədə xüsusi ilə Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər vurulduğu, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildiyi vurğulanır.
Rayon ərazisində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidənin vandalizmə məruz qalması faktlarla öz əksini tapır.
“Wikipedia”da Laçın rayonu haqqında yaradılmış özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Lachin linkində tanış olmaq mümkündür.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət MərkəziAMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Deyəsən, bu dəfə “xəstəliyə uçuş“da Paşinyanı xilas etməyəcək
03.06.2020
Dağlıq Qarabağda erməni əsgər yol qəzasında ölüb
03.06.2020
Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi
03.06.2020
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb
02.06.2020
Paşinyanı qorxudan məqam…

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


04.06 18:49 2
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info