Ailə başçısını itirməyə görə pensiya təminatına dəyişiklik təklif olunub
Tarix: 18.05.2020 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin ailələrin pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan həmin pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir və bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq.
Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir.
Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunverciliklə ailə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, onun üçün nəzərdə tutulan iki sosial təminat növündən birini (ailə başçısını itirməyə görə pensiyanı və ya ailə başçısını itirməyə görə müavinəti) seçmək hüququ verilib.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər
03.06.2020
️Məşhurlardan ABADçılara dəstək davam edir-FOTOLAR
03.06.2020
Bibiheybət yolu gələn həftə açılır
02.06.2020
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info