Bulvara getmək istəyənlər bunları bilməlidir
Tarix: 19.05.2020 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.
Bakının ən böyük parkı olan Milli Park karantin qaydalarının yumşalmasından sonra necə faəliyyət göstərəcək?
Trend-in sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, bulvar bu gündən etibarən artıq sakinlərin ixtiyarındadır:
"Vətəndaşlar müəyyən şərtlər daxilində hər hansı məhdudiyyət olmadan bulvara gələ bilərlər. İnsanlar Operativ Qərargahın tətbiq etdiyi rəsmi qaydalara uyğun olaraq asudə vaxtlarını burada keçirə bilərlər. Qaydalarda deyilir ki, mütləq 1.5 metr sosial məsafəni gözlənilməlidir və 10 nəfərdan artıq insanın bir yerdə gəzməsi qadağandır.

Əlavə olaraq xüsusi karantin dövrü başlayandan bulvar ərazisində məlumatlandırıcı lövhələr, xəbərdaredici nişanlar qoyulub və yenə də bulvar daxilində saxlanılacaq. Skamyaların üzərində məsafənin qorunması ilə bağlı xəbərdaredici nişanlar olacaq".
G. Yelmarqızı buvar ərazisində fəaliyyət göstərən kafe və restoranlar, eləcə attraksionlar barədə də məlumat verib:
"Operativ Qərargahın xüsusi təlimatlarına uyğun qaydalara əməl etmək şərti ilə, ərazidəki kafe və restoranlar saat 8-dən axşam saat 18-ə kimi faəliyyət göstərəcək. Attraksionlar, uşaq əyləncə mərkəzləri, qatarlar, idman qurğuları və gəmi səyahətinə hələ də qadağalar qüvvədədir. Ümumi qoyulmuş qaydalara nəzarət Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılacaq".




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər
03.06.2020
️Məşhurlardan ABADçılara dəstək davam edir-FOTOLAR
03.06.2020
Bibiheybət yolu gələn həftə açılır
02.06.2020
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info