Azərbaycana gələn əcnəbilərin sayı 36,5 faiz azalıb
Tarix: 19.05.2020 | Saat: 11:37:00 | E-mail | Çapa göndər


2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 539,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunub, onların sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalıb.
Cari ilin yanvar-aprel aylarında gələnlərin 30,4 faizi Rusiya, 27,9 faizi Gürcüstan, 12,3 faizi Türkiyə, 6,1 faizi İran, 2,3 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Ukrayna,1,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Pakistan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,2 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 74,0 faizini kişilər, 26 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-aprel aylarında Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 4,1 dəfə, Çindən - 3,5 dəfə, İspaniyadan, Omandan və Polşadan - 2,5 dəfə, Yaponiyadan – 2,4 dəfə, Qətərdən və Niderlanddan - 2,3 dəfə, ABŞ-dan, İraqdan, İtaliyadan, Fransadan və Kanadadan gələnlərin sayı 2,2 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,2 dəfə azalaraq 15,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,0 dəfə azalaraq 70,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,4 dəfə azalaraq 197,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 65,8 faizi dəmir yolu və avtomobil, 32,8 faizi hava, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
27.05.2020
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
24.05.2020
İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
24.05.2020
“Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
21.05.2020
Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info