“Qara bazar”da insanların əmtəəyə çevrilməsi faktlarının sayı azalmır
Tarix: 19.05.2020 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun parlamentin bugünkü iclasında bildirib ki, dünən iki Komitənin üzvləri, o cümlədən Milli Məclis sədrinin birinci müavini hörmətli Əli Hüseynli, digər tərəfdən Daxili İşlər nazirliyi insan alverinə qarşı mübarizə Baş idarəsinin rəhbər təmsilçiləri ilə birgə İnsan Milli Koordinatorun illik məlumatı ətrafında çox səmərəli, detallı və mühüm təkliflərlə keçən müzakirələr oldu. Biz indi hörmətli Seyfulla Əzimovun məruzəsində bizə təqdim olunmayan bir neçə mühüm faktların da şahidi olduq və hesab edirik ki, bunlar müzakirə olunan məsələyə obyektiv qiymət vermək üçün çox əhəmiyyətlidir:
“İnsan alveri bütün aspektləri üzrə istər milli, istərsə də beynəlxalq qanunvericilik aktları ilə müəyyən olunan və insan hüquq və azadlıqlarına qarşı böyük təhdid sayılan transmilli cinayətlərdən biri sayılır. Müasir köləlik insanların ləyaqəti və toxunulmazlığı əleyhinə həyata keçirilən mütəşəkkil kriminal əməllərdir. Bildiyiniz kimi, Azərbaycanda insan alverinə qarşı hüquqi bazanın yaradılması və sistemli mübarizə tədbirləri 2003-cü ilin 13 may tarixində “BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyaya qoşulmaqla başlayır.Qeyd edək ki, sonrakı bir çox model qanunlar və ptrotokolların ratifikiyası da həmin çərçivənin gnişlənidirilməsi məqsədinə xidmət edib. 28 iyun 2005-ci il tarixində “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun qəbul nəticəsində Daxili İşlər Naziriliyi strukturunda Baş İdarə yaradılıb. Nazirliyin yüksək ierarxisasında-birinci müavin statusunda Milli Koordinator vəzifəsinin təsis olunması, ona verilən geniş səlahiyyətlər və Parlamentdə illlik məruzənin dinlənilməsi milli səviyyədə görülən sistemli tədbirləri düzgün qiymətləndirməyə, müqayisəli təhlillər aparmağa və yeni vəzifələri müəyyənləşdirməyə imkan verir”.

Komitə sədri deyib ki, bəşəriyyət üçün beynəlxalq terror, qanunsuz silah alveri və narkotika ticarəti kimi təhlükəli və beynəlmiləl xarakterə malik olan insan alveri cinayətlərinə qarşı mübarizə hər il güclənsə də, sərt məhkəmə hökmləri çıxarılsa da dünyada və yerləşdiyimiz regionda belə demək mümkünsə, “qara bazar”da insanların əmtəəyə çevrilməsi faktlarının sayı azalmır:
“Mütəşəkkil cinayətkarlıq əməlləri əvvəlki kimi mafioz strukturlara bənzəmir, indi o yeni biznes qaydalarına, bazar modellərinə və vasitələrinə, müasir kommunikasiya resurslarına çox mütəhhərik uyğunlaşır və onlar adamların alınınb-satılmasından gəlir əldə etmək üçün qloballaşmanın gətirdiyi sərhədsiz məkan, vizasız gediş-gəliş və azad iqtisadi zonalara çevik uygunlaşdırmaga nail olurlar. BMT-nin rəsmi məlumatına görə məcburi əməyə cəlb etmə dünyada birinci yeri tutur. Qurbanların sırasında belə adamların xüsusi çəkisi 59 faiz təşkil edir. 2-ci yer cinsi istismar tutur və bəllidir ki, belə əməllər əsasən qadın və uşaqlara qarşı yönəlir. 3.Transplatasiya məqsədi ilə risk qrupuna daxil olan aztəminatlı, yaxud problemli ailələrin üzvlərindən donor kimi istifadə edilməsi-burada beynəlxalq şəbəkə leqal biznesdə olduğu kimi brokerlərin, yerli əmək miqrasiyası agentliklərin, vasitəçilərin, həkimlər və medpersonalın, klinikaların administrasiyası və digər qüvvələrin müştərək cinayətkar xidmətlərindən istifadə edir, ona görə də belə kriminal fəaliyyətin aşkara çıxarılması və onlara qarşı effektli mübarizə son dərəcə çətindir”.
“İnsan alverinə qarşı” mübarizə haqqında qanunda qeyd olunur ki, 1.0.2. insanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formaları hesab edilir. Lakin sonillər bir sıra ATƏT ölkələrində “insan alveri”nin hüquqi definitsiyası daha da genişləndirilib-məsələn, terror məqsədilə məcburi olaraq insanların müxtəlif silahlı qruplara cəlbi, onlardan yaraqlı kimi istifadə olunması da hesabatlarda yer almağa başlayıb. Avropa Şurasına üzv ölkələrdə vəziyyətə QRETA- adlı təşkilat nəzarət və monitorinq həyata keçirir. (About GRETA – the Group of Experts on Action against Trafficking in Human Beings) Professional insanlardan, prokurorlardan və digər ixtisaslı kadrlardan ibarət qurumdur..Eləcə də ABŞ Dövlət Departamentinin illik hesabatları bu sahədə əsas indikator olaraq qalır”.-deyə, bildirib.
O daha sonra qeyd edib ki, hesabata sistemli baxdıqda insan alveri ilə mübarizə üzrə indikatorlarının artması və ya əksinə azalması ilə bağlı bir çox rəqəmlərə aydınlıq gətimərk olur. Bəzi dinamikaları ayırmaq istərdik:
“Məsələn, 2018-ci il üzrə hesabatda yazılıb: ASAN nəzdində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin yoxlamalarında 79 tikinti obyektində 946 nəfərin müqavilə olmadan işləməsi aşkar edilib. Pozuntularla bağlı 6 təşkilat barədə cinayət işləri başlanılmış, 35-i haqqında 527.000 manat məbləğdə inzibati cərimə, 27-si barədə 468.000 manat vergi sanksiyası tətbiq olunub. Bu ilki hesabatda eyni indikatorla bağlı deyilir: monitorinqlərlə 120 tikinti obyektində 351 nəfərin müqaviləsi olmadığı aşkarlanıb. Bununla bağlı 39 təşkilat haqqında ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilmişdir.
Göründüyü kimi, tikinti sektorunda məcburi əməyə cəlb etmə meyli azalmayıb. 2018-ci ilə dair hesabatda 144 insan alveri faktı, bu ilkində-186 insan alveri hadisəsi qeydə alınıb və ilk baxışda baş verən artımla əlaqədar verilən izahda qeyd olunur ki, açılmış müxtəlif cinayət işlərinin bir ildən digərinə keçməsi belə bir mənzərəni yaradır. İnsan alverinə qarşı mübarizə üzrə QHT- koalisiyasına 44 təşkilat daxildir və belə böyük bir şəbəkə öz özlüyündə ixtisaslı və peşəkar 3 cü sektorla birgə işi tələb edir.İki il əvvəl həmin təşkilatların 53 layihəsinə 412 min manat; 2019-da 20 layihəyə 209 min manat vəsait ayrılıb. Digər mühüm bir nəticə, sərt cəzalara, ağır məhkəmə hökmlərinə baxmayaraq, ən böyük problemlər-qurbanların ifadə verməkdən çəkinmələri, ictimaiyyətin mühakiməsindən və ömürlük qınaqlardan qorxmaları bu cinayətlə mübarizənin effektivliyinə mənfi təsir göstərir..Ənənələrin dəyişməsi üçün hələ çox işlər görülməlidir. Məcburi əməyə cəlb, cinsi istismar, insan orqanlarının transplatasiyası- sırasında ilk ikisi xüsusi yer turur və onların sırasında qadınlar və uşaqların xüsusi çəkisi son 14 ildə təəssüf ki, yüksək olaraq qalır.Məlumatın sonunda təqdim edilən cədvəldən göründüyü kimi, onlar 92 faiz təşkil edir. Digər tərəfdən, məsuliyyətə cəlb edilənlərin sırasında da qadınların çəkisi 85 faizə bərabərdir”.
Komitə sədri daha sonra ifadə edib ki, beynəlxalq reytinqlər sırsında mühüm yer tutan BMT-nin “Ümumdünya İnsan alveri Hesabatı” indiyədək beş dəfə nəşr edilib. Buraya 142 ölkə üzrə insan alveri məlumatları daxil edilir. BMT-nin 2019-cu il üçün "insan alveri ilə mübarizədə səylərinin koordinasiyasının daha da yaxşılaşdırılması" mövzusunda icmal məruzəsində üzv dövlətlərin fəaliyyəti haqqında məlumat əksini tapıb. BMT-nin üzv dövlətlərə göndərdiyi sorğuya Azərbaycanın cavab vermədiyi göstərilir. Ümidvarıq ki, bu məsələyə Baş İdarə tərəfindən aydınlıq gətiriləcəkdir: (https://undocs.org/pdf?symbol=ru/A/74/127)
“Azərbaycanda sayca 4-cü-2019-2023-сü illər üçün Milli Fəaliyyət Planı hazırlanıb. Əvvəlki 3 Planın yekunları haqda məlumatların ümumləşdirilməsi yaxşı olardı, eləcə də onların BMT, Avropa Şurası və digər müvafiq təşkiltalara göndərilməsi vacibdir. Milli Koordinatorun məruzəsində ABŞ Dövlət Departamentinin 187 ölkə üzrə hazırladığı “İnsan alveri ilə bağlı” 2019-cu il Hesabatına münasibət bildirilməsi də çox vacibdir. Çünki həmin hesabat Azərbaycan hüquq-mühafizə orqanlarının işini çox yanlış və təhrif edilmiş şəkildə təqdim edir.
Məsələn, Dövlət Departamenti yerli məhkəmələri də insan alveri qurbanlarına verilən hökmlərin yüngülləşdirilməsini və ya şərti cəzaların alınmasında və qeyri-hökumət təşkilatları (QHT) tərəfindən yaradılan insan alveri qurbanları üçün sığınacaq yerlərinin maliyyələşdirilməməsini iddia edib. Halbuki respublikamız Cənubi Qafqaz regionunda Gürcüstan və və Ermənistanla müqayisədə bu sahədə fəaliyyət göstərən yerli QHT Koalisiyanı maliyyələşdirən yeganə ölkədir. Məbləğ haqda yuxarıda qeyd etdik-20 layihəyə 209 min manat. Lakin Departamentin sənədində bu haqda qeydlər yoxdur. O cümlədən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində insan alveri və məcburi əməyə görə kifayət qədər sərt cəzalar nəzərdə tutulmasını vurğulanıb. (144-1, 144-2). Hüquq-mühafizə orqanlarının cinayətkarlara kifayət qədər sərt münasibət göstərmədiyi bildilir.Misal kimi, qadınlara qarşı istismarı həyata keçirənlərin-təşkilatçı şəxslərin beş ildən on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını, uşaqlara qarşı oxşar cinayətlər törədildiyi təqdirdə səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verildiyini göstərib.Lakin Baş İdarə faktların yanlış olduğunu dünənki mzakirələrdə bəyan etdi, elə olan təqdirdə həqiqi məlumatlar Departamanetin hesabatı hazırlayan heyətinə göndərilə bilər”.
“ABŞ Dövlət Departamentinin hesabatında bəzi vəzifəli şəxslərin pambıq yığımına dövlət sektoru işçilərini cəlb etmələri haqqında məlumatlar yerli mətbuatdakı yazılara əsaslanaraq verilib. Lakin belə faktların məcburi əmək kimi təqdim edilməsinə dair rəsmi mövqe Hesabata alteranativ kimi verilməyib.( Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair MONİTORİNQ HESABATI (Monitorinq dövrü: 1 oktyabr 2018-ci il-30 yanvar 2019. Hesabatı hazırlayanlar: Bakı – 2109) http://www.erc.az/files/Final_monitoring_report_AZE.pdf)
• Bütün bunlara görə, Azərbaycan insan alveri ilə mübarizədə ikinci səviyyənin ikinci alt qrupuna endirilib və Ermənistan ikinci səviyyənin 1-ci altqrupundadır. Vacib haşiyə: Cari ildən ABŞ Departamentinin Hesabatında insan alverində "mənbə ölkəsi, tranzit və təyinat ölkəsi" kimi ənənəvi terminologiyadan istifadə olunmur. Bu ölkəmizin xeyrinə olmayan məqamdır. Belə ki, respublikamız coğrafi baxımdan tranzit ölkəsidir və bütün 3 növün ölkəmiz adına yazılması düzgün deyil”. –deyə, O fikrini davam etdirib.

Komitə sədri yekunda bildirib ki, son dövrlərdə Azərbaycana qarşı həyata keçirilən kampaniya çərçivəsində hazırlanan başqa bir hesabatda OSCCRP(Organized Crime and Corruption Reporting Project (OCCRP) təşkilatı yeni məlumatlar əldə edə bilmədiyi üçün 10 il əvvəl baş verdiyi təsdiqini tapmamış məcburi əmək hallarını yeni məlumatlar kimi təqdim edir:
“Məsələn, “Serbaz” işinin OSCCRP tərəfindən yenidən gündəmə gətirilib. Bütün deyilənləri nəzərə alaraq, insan hüquq və azadlıqların qorunmasında insan alverinə qarşı mübarizəni həyata keçirən Milli Koordinatorun işini qənatəbəxş saymaqla bərabər GRETA tərəfindən irəli sürülən tövsiyyələrin icrasını mümkün və real hesab edirik. 34 indikator üzrə dövri dəyərləndirmədəki tövsiyələrin təhlili götərir ki, 2021-ci il üçün reytinqdə mövqelərin dəyişdirilməsi imkanları böyükdür .Məsələn, İnsan alveri ilə bağlı statistik baza təşkil etmək; Qurbanların identifikasiyası/kimliyini müəyyən etmək: 17. Yaş gösrtəriciləri və qanuni qəyyumu da daxil olmaqla uşaq alveri qurbanlarını qiymətləndirmək; 23. Hüquqi dəstək və pulsuz hüquqi yardım; 24. Cinayətkardan kompensasiya alınması və sair yerinə yetirilməsi vacib tədbirlərdir. Eləcə də Baş İdarə cəmiyyətin daimi dəstəyini qazanmaq üçün müasir kommunikasiya vasitələri sırasında mühüm yer tutan sosial şəbəkələrdə xüsusi hesabının açılması, maariflənmə tədbirlərinin gücləndirlməsi, internet saytında statistika və hesabatlar bölümünün zənginləşməsi, bu sahədə effektivliyi artırmaga kömək edəcəkdir. Sonda bir daha qeyd edək ki, insan alveri sərmayə qoymadan böyük gəlirlər əldə edilən bir cinayət növüdür. Ona görə də beynəlxalq terrorla mübarizədə olduğu kimi, dövlətimiz, eləcə də hamının birgə səyi və Daxili İşlər orqanları ilə formalaşan işgüzar əməkdaşlıq sayəsində müasir köləliyə qarşı effektli mübarizə aparmaq mümkün olacaqdır”.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək
25.05.2020
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
24.05.2020
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
“Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir“
24.05.2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
2 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
3 Qiyməli pendirli yemək resepti -VİDEO
4 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
5 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info