“Koronavirusla mübarizə birliyimizi göstərən əsaslı nümunədir”
Tarix: 19.05.2020 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


“Ölkəmizdə həyata keçirilən uğurlu siyasət gələcək rifahın təmin olunması üçün ən uğurlu və müsbət nəticədir”

Bu gün bütün dünyanı narahat edən koronavirus pandemiyası ilə bağlı Azərbaycan nümunəvi yanaşma göstərir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Bütün bunlar görülmüş işlərə verilən böyük qiymətdir. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır. Ölkə başçısı bildirib ki, biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq: “Onu da bildirməliyəm ki, biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Bu, onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.

Qeyd edək ki, ölkədə pandemiya ilə bağlı həyata keçirilən tədbirləri ictimaiyyət nümayəndələri, ziyalılarımız yüksək qiymətləndirir, təqdirəlayiq hesab edirlər. Bu ziyalılarımızın sırasında təhsil işçilərimiz mühüm yer tutur. Həmin təhsil işçilərimizdən biri, 240 saylı tam orta məktəbin müəllimi Mehriban Qulamovadır:
- Pandemiya ilə bağlı həyata keçirilən tədbirlərdə ən müsbət rəy alanlardan biri bizim ölkəmizdir. Bu istiqamətdə tədbirləri siz necə qiymətləndirirsiniz?
- Məlumdur ki, dünyada kütləvi yayılmış koronavirus problemi bizim ölkədən də yan keçmədi. COVİD-19 pandemiyası bəşəriyyət üçün XXI əsrin ən ciddi təhlükələrindən birinə çevrildi. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə dünya dövlətləri tərəfindən çoxsaylı tədbirlər görüldü və görülməkdədir. Bununla bağlı məğlubiyyətə uğrayanlarla yanaşı, digərlərindən daha çox uğura nail olanlar da var. Bu nailiyyətlər pandemiyaya qarşı qabaqlayıcı tədbirlərdir ki, bu da öz növbəsində bizim ölkəmizin də uğurlu mübarizəsini özündə əks etdirir.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti pandemiya yenicə yayılmağa başlayan vaxt bu prosesə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması, baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Çıxışlarının birində ölkə başçısı deyib: “Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilsin. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur”. Prezident İlham Əliyev koronavirus (COVİD-19) pandemiyasının qarşısını almaq məqsədilə, sağlamlığın qorunması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzaladı. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. İlkin olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat vəsait ayrıldı. Bununla yanaşı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva özlərinin bir illik əməkhaqqlarını bu fonda ianə etməklə böyük vətəndaşlıq nümunəsi göstərdilər. Bu dəstəyə müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr etməyə başlandı. Azərbaycanın çiçəklənməsi, dünyada yüksək imiclə tanınması, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında hörmətli Prezidentimiz İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
- Koronavirusla bağlı reallaşan tədbirlər sırasında tibb sənayesinin inkişafı ilə bağlı da mühüm addımlar atıldı. Bu sahədə mövcud vəziyyətlə bağlı nə deyərdiniz?
- Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtda ardıcıl tədbirlər həyata keçirildi. Bilirik ki, koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışdı və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başladılar, o cümlədən Azərbaycan. Məhz belə bir dövrdə tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır.
Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.
Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılıb, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başladı.
- Belə bir vaxtda, fəaliyyətini mövcud rejimə uyğunlaşdıran sahələrdən biri təhsil oldu və müəllimlər dərsləri əsasən videokonfranslarla keçməyə üstünlük verirlər.. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Gözəl deyimdir, “ Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır, birlikdə işləmək müvəffəqiyyətdir. Bütün sahələrdə hamı həmrəy olaraq bu təşəbbüsə qoşuldu. Fəal təşəbbüskarlardan biri də təhsil işçiləri oldu. Onlar da bu sahədə uğurlu və inamlı addımları ilə xüsusi olaraq seçildilər. Prezident bildirib ki, “artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq doğrudan da böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib”. Biz müəllimlər öz sahəmizdə #evdə qal, sağlam ol aksiyasına qoşularaq çalışırıq. Bu həmrəylik göstəricisi hər bir vətəndaş üçün qürur və şərəf hissidir.
Hesab edirəm ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət gələcək rifahın təmin olunması üçün ən uğurlu və müsbət nəticədir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”
15.05.2020
İnsanlar evdə oturduqları bir dövrdə travmaların da sayı azalıb
14.05.2020
“Azərbaycan pandemiyaya qarşı qlobal mübarizəyə böyük töhfə verir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info