“Suğra və oğulları” filminin ilk təqdimat videosu
Tarix: 19.05.2020 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan “Suğra və oğulları” filminin ilk təqdimat videosu tamaşaçıların ixtiyarına verilib.
Trend-in məlumatına görə, çəkilişlərində Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətlərilə yaxından əməkdaşlıq edilən filmdə 2-ci dünya müharibəsi dövrü Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs olunur.
Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Maraqlı sujet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir. Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir. Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan “Suğra və oğulları” filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb. Filmin quruluşcu operatoru Avropa kino akademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzke (Almaniya), filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboadır (Niderland).

Filmdə tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Bu gənclər Daşkəsən rayonunun sakinləridir. Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak edib. 2-ci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin yaxın vaxtlarda geniş auditoriyaya təqdim olunması ilə yanaşı beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info