Maska ilə idman ölümə səbəb ola bilər
Tarix: 19.05.2020 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Koronavirusun yeni növünün meydana çıxdığı Uhan şəhərində maska ilə qaçdığı üçün 26 yaşlı kişinin ağciyərləri partlayıb. Nəfəs darlığı olan həmin şəxs əməliyyat olunub.
Həkimlər xəstənin sol ağciyərinin 90 faiz daraldığını və ürəyin bədənin sağ tərəfinə keçdiyini qeyd ediblər. Bu hadisədən sonra mütəxəssislər yanlış maska ​​istifadəsinə diqqət yönəldiblər.
“Haber7” məlumat verir ki, Ege Universiteti Tibb Fakültəsinin həkimi Mehmet Sezai Taşbakan koronavirus səbəbi ilə maska​ ilə idman etməyin ölümcül təhlükəli olduğunu deyib.
Onun sözlərinə görə, bir çoxları yalnız tibb işçilərinin istifadə etdiyi maskalardan taxırlar və bu vasitələr nəfəs almağı məhdudlaşdırır:
“Bizim əhaliyə tövsiyə etdiyimiz cərrahi maskalardır. Ancaq insanlar bilmədən tibb işçilərinin xəstəyə müdaxilə etdikdə taxdıqları maskalardan da istifadə edirlər. Bunlar normal həyatda istifadə edilməli olan maskalar deyil. Uzun müddət istifadə zamanı verdiyimiz nəfəsi yenidən udmalı oluruq. Bu da karbon qazının qanda artmasına, nəticədə isə bayılma, qəfil ölüm kimi nəticələrə səbəb ola bilər. Xüsusilə, idmanla məşğul olan insanlarda bu maskaların istifadəsi ciddi təhlükə yaradır”.
O qeyd edib ki, izdihamlı mühitdə məsafəni 1,5 metr saxlamaq və cərrahi maska ​​taxmaqla idman edilə bilər.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info