Mərkəzin növbəti onlayn təqdimatı Zülfi Adıgözəlova həsr olunub
Tarix: 20.05.2020 | Saat: 20:08:00 | E-mail | Çapa göndər



Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsinin növbəti təqdimatı görkəmli xanəndə Zülfi Adıgözəlova həsr olunub.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli muğam tariximizdə iz qoyan sənətkar haqqında söz açıb, xanəndənin arxivdə qorunan səs yazılarını izləyicilərə təqdim ediblər.
Nailə Rəhimbəyli şifahi ənənəli professional musiqimizin tarixində XX əsrin görkəmli xanəndəsi, təsnif və xalq mahnılarımızın mahir ifaçısı və təbliğatçısı Zülfi Adıgözəlovun həyat və yaradıcılığını təhlil edib.
Qeyd edək ki, karantin rejimi tətbiq ediləndən və kütləvi tədbirlər təxirə salınan ilk günlərdən onlayn layihələrə start verən BMM-nin sözügedən layihəsi çərçivəsində bu günə kimi Keçəçioğlu Məhəmməd, Azərbaycan tarının atası adlandırılan Sadıqcan və muğam sənətimizin xanı - Xan Şuşinskinin yaradıcılığından söz açılıb, xanəndələrin ifalarından nümunələr təqdim olunub.
Layihə izləyicilər tərəfindən maraqla qarşılanır.




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
“TRT Rusça” 24 maydan yayıma başladı
23.05.2020
Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə elan edilib
21.05.2020
“Təhminə və Zaur“ un altıncı mərtəbəsi-VIDEO
20.05.2020
“O olmasın, bu olsun” tamaşası onlayn göstəriləcək
20.05.2020
“The Beatles” qrupunun mahnısı hərracda 12.5 min dollara satılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info