Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
Tarix: 20.05.2020 | Saat: 23:52:00 | E-mail | Çapa göndər







Koronavirus pandemiyası turizm sahəsini çökdürüb desək, yanılmarıq. Ən çox əziyyət çəkən sahə isə restoran biznesidir. Uzunmüddətli karantindən sonra restoranların necə sağ qalmağa çalışdığını videomuzda izləyin.

May ayının 18-dən etibarən uzunmüddətli fasilədən sonra Bakı kafe və restoranları yenə də öz qapılarını paytaxt sakinlərinin üzünə açıb. Amma hər şey səsləndiyi qədər asan deyil. Onlar yalnız səhər 8-dən axşam 6-ya qədər işləyə bilər. Onlara qarşı qoyulan tələblər də az deyil. Pandemiya şəraitində əlavə sanitar qaydalara riayət edilməli, qonaq sayı və onlar arasında məsafənin olmasını da diqqət altında saxlanılmlıdır.
Bu müddət ərzində bir çox iaşə obyekti “sağ qalma” rejiminə keçməli oldu. Bəziləri çarəni çatdırma xidmətini işə salmaqda gördü. Bəziləri isə müflisləşmə həddinə çatdı.

Sputnik Azərbaycan paytaxt mərkəzində yerləşən “Qaraj” pabının sahibi Zaur Novruzovun sözlərinə görə onlar bağlı qaldıqları müddəti təmir və yenilənmə işlərinə həsr edib.

“Müştərilərimiz əsasən xaricilərdir və onlar da 6-ya qədər işdə olurlar. Buna görə də yalnız 6-ya qədər işləmək mümkünsüz görünür. Nə edək, hələ ki işimiz sağ qalmaqdır”
- deyə Zaur bizimlə bölüşüb.


Bir şey aydındır. Pandemiya restoranlar üçün əsl sınağa çevrilib. Onların bu sınaqdan necə keçəcəklərini isə yalnız zaman göstərəcək.





 
Bölməyə aid digər xəbərlər
07.07.2020
Azərbaycan dünya miqyasında qətiyyətli addımlarla hərəkət edən ölkədir
07.07.2020
Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub
07.07.2020
İqtisadi islahatların daha çox mənimsənildiyi sahələrdə artım davam edir
07.07.2020
Taleyimizin etibarlı əllərdə olmasından mənəvi rahatlıq tapırıq
07.07.2020
Azərbaycan beynəlxalq səviyyədə də COVID-19-a qarşı mübarizədə yüksək fəallıq göstərib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11547

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib
3 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
4 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
5 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info