Kaspersky, şəffaflıq mərkəzlərinə virtual giriş açır və yeni təlim proqramına başlayır
Tarix: 21.05.2020 | Saat: 12:05:00 | E-mail | Çapa göndər



İnformasiyanın istifadəyə açıqlığı ilə bağlı qlobal təşəbbüs çərçivəsində, Kaspersky öz şəffaflıq mərkəzlərinin xidmətlərinə virtual giriş açıb və özəl və ictimai təşkilatların, eləcə də akademik qurumların işçilərinə İT infrastrukturunun təhlükəsizlik səviyyəsini qiymətləndirmək bacarığı əldə etməyə imkan verəcək Kiber Potensialın Gücləndirilməsi Proqramını (Cyber Capacity Building Program) həyata keçirib.
Hazırda təlimi yalnız onlayn başa vurmaq olar, sonradan, mümkün olduqda, oflayn formatda da mövcud olacaqdır. Təlimdə əldə olunan bacarıqlar, korporativ İT infrastrukturlarına və şəbəkələrinə inteqrasiya olunmuş üçüncü tərəf tətbiqlərinin təhlükəsizliyini və bütövlüyünü qiymətləndirməyə kömək edəcəkdir. Təlim, təşkilatlara kiber təhlükəsizlik risklərini tanımaq, idarə etmək və azaltmaq üçün tətbiq edə biləcəkləri bilikləri əldə etməyə imkan verəcəkdir.
“Şəffaflıq mərkəzlərimiz açılandan bəri, biz məhsulların təhlükəsizliyinin qiymətləndirilməsi sahəsində geniş təcrübə qazanmışıq. Bu bizə göstərdi ki, təkcə mənbə kodu təqdim etməyə hazır olmaq barədə bəyanat kifayət deyil. Təşəbbüsün bütün imkanlarından tam yararlanmaq üçün, tərəfdaşlarımızın informasiya təhlükəsizliyi sahəsində xüsusi biliklərə sahib olması lazımdır. Məhz buna görə biz xüsusi bir təlim proqramına başlayırıq. O, həm özəl, həm də dövlət qurumlarına istifadə etdikləri məhsulların təhlükəsizliyini qiymətləndirmək bacarığına yiyələnməyə və bununla da öz korporativ şəbəkələrinin kiber müdafiəsini artırmağa imkan verəcəkdir," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Təlimi başa çatdırmaq üçün proqram təminatı hazırlanmasının, proqramlaşdırma və informasiya təhlükəsizliyinin həyat dövrü haqqında əsas təsəvvürlər tələb olunur. Təlim proqramı məhsul təhlükəsizliyinin qiymətləndirilməsi və təhdidlərin modelləşdirilməsi, habelə mənbə kodunun təhlili və boşluqların idarə olunması üzrə giriş kursudur. Pilot proqramda iştirak etmək tamamilə pulsuzdur və 2020-ci ilin üçüncü rübündə ilk növbədə dövlət və elmi qurumlarının işçiləri üçün aktiv olacaqdır. Proqram haqqında daha ətraflı məlumatı https://www.kaspersky.com/capacity-building saytından əldə edə bilərsiniz.
Bundan əlavə, bu gün şəffaflıq mərkəzlərinə fiziki giriş mümkün olmadığından, Kaspersky, şirkətin etibarlı tərəfdaşlarının təhlükəsizlik və şəffaflıq, eləcə də məhsul və xidmətlərdəki ən yaxşı təcrübələrlə tanış ola bilməsi üçün həmin mərkəzlərə uzaqdan giriş imkanı yaradıb. Kaspersky mütəxəssisləri məlumatların emalı prosesləri və məhsulların necə işlədiyi ilə bağlı sualları cavablandırmağa, habelə mənbə koduna onlayn baxış təşkil etməyə hazırdır. Virtual turda iştiraka https://www.kaspersky.com/transparency-center-offices saytından müraciət edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info